Əlaqə Arxiv
news Image
2012.05.18
17:49
| A A A
Qida böhranı artmaqdadır

Movqe.Az BBC-yə istinadən bildirir ki, "Save the Children" ("Uşaqları qoruyun") adlı yardım təşkilatının 6 aydır etdiyi xəbərdarlıqlara baxmayaraq, Nigeriyadakı düzgün qidalanmamaq probleminin əməlli-başlı yayıldığını bildirir.

Təşkilatın araşdırmalarına görə, hal-hazırda Nigeriyada 6 milyon Sahil bölgəsində 18 milyon insan düzün qidalanmır.

Gedərək daha da pisləşən bu vəziyyətə görə, "Save the Children" xüsusilə uşaqlara tibbi müdaxilə tələb etməyə başlayıb.

Təşkilat bu xəbərdarlığı qida təhlükəsizliyi mövzusunda G8 qrupu yığıncağının əvvəlində edib və vəziyyətə müdaxilə etmək üçün tez bir zamanda fəaliyyətə keçməyin lazım olduğunu bildirib.

Nigeriyadakı qida böhranına səbəb olan işarələr keçən il yağan nizamsız yağışlar və qida qiymətlərinin artmasıdır.

Yardım təşkilatları böhranın təsirlərini aradan qaldırmağa çalışırlar.

Beynəlxalq yardım təşkilatı olan "Save the Children" Afrikada hal-hazırda yaşanan qida böhranından başqa, dünyada hər dörd uşaqdan birinin xroniki olaraq düzgün bəslənmədiyini söyləyir.

Təşkilar G8 liderlərinin uşaqların faydalı və düzgün qida ilə təmin olunması mövzusunda cəsur addımlar atmaqdan boyun qaçıra biləcəyini də dilə gətirib.

Sizin Reklam Yeriniz