Əlaqə Arxiv
news Image
2013.10.02
09:02
| A A A
Ermənilər işğal etdikləri əraziləri pulla satmaq niyyətinə düşüblər
Ermənistanın İşəgötürənlər İttifaqının direktoru Dağlıq Qarabağ ətrafındakı rayonları yüksək qiymətə Azərbaycana satmağı təklif edib

Ermənistanın forpost ölkə olması, birmənalı şəkildə Rusiyadan gələn göstəriş əsasında hərəkət etməsi danılmaz həqiqətdir. Elə bu səbəbdən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də Ermənistan müstəqil qərar verə bilmir. Əslində, bu reallığı açıq şəkildə etiraf edən ermənilərə də rast gəlmək mümkündür. Məsələn, erməni hüquq müdafiəçisi Georgi Vanyan qeyd edir: "Ermənistan bu gün də Rusiyanın diqtəsi ilə oturub-durur.

Rusiya necə ki, Abxaziyanı, Cənubi Osetyanı işğal edib, eləcə də Ermənistan Rusiyanın işğalı altındadır". O, "ATV"yə açıqlamasında ölkəsinin müstəqil olmadığını da vurğulayır: "Ermənistan heç vaxt süveren dövlət olmayıb və bu gün də Rusiyanın diqtəsi ilə hərəkət edir. Heç vaxt hansısa siyasi məsələ Ermənistanda həll edilməyib. Bütün məsələlər Kremldə həll edilir. Ona görədə Qarabağ münaqişəsinin həlli gecikdirilir. Bunu erməni xalqı bilir və düşünür. Biz istəyirik ki, səsimizi qaldıraq və bu münaqişəyə son qoyaq. Ona görədə birinci biz addım atmalıyıq".

Əslində, Qarabağ münaqişəsinin Ermənistan üçün kifayət qədər böyük problemlər yaratması düşmən ölkədə getdikcə daha çox insan tərəfindən açıq bəyan edilir. Bəlkə elə bunun nəticəsidir ki, Ermənistanın İşəgötürənlər İttifaqının direktoru Qaqik Markaryan sensasion bəyanatla çıxış edib. Q.Markaryan İrəvanda keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ ətrafındakı rayonları çox yüksək qiymətə Azərbaycana satmağı təklif edib. O deyib ki, Ermənistan MDB Gömrük İttifaqına qoşulandan sonra Dağlıq Qarabağla sərhədə gömrük postu yerləşdirməli olacaq. Bu təklifə görə, Markaryanı tənqid edənlər var. Lakin heç şübhəsiz ki, açıq şəkildə olmasa da, ona dəstək verənlər də mövcuddur. Çünki Qarabağ münaqişəsinin mövcudluğu Ermənistanı daha böyük problemlərə düçar etməkdədir.

O da faktdır ki, Dağlıq Qarabağ münaqişəsilə bağlı Azərbaycanın haqlı mövqeyinin dünya birliyinə çatdırılması üçün qarşıya qoyulan "hücum diplomatiyası" da öz nəticəsini verməkdədir. Uzun illər Azərbaycana qarşı informasiya müharibəsi aparan erməni lobbisi son illər müdafiə taktikası seçməyə məcbur olub. Bu gün Ermənistan rəhbərliyi də etiraf edir ki, Azərbaycan informasiya müharibəsində daha güclü mövqedədir. Ölkənin çoxşaxəli inkişafına yönəlmiş daxili siyasətə paralel olaraq yönəldilən fəal xarici siyasət Azərbaycanın yerləşdiyi bölgədə əsas söz sahibinə çevrilməsini təmin edib. Bu gün Azərbaycanın regionda lider ölkə olduğunu beynəlxalq tərəfdaşlar da qəbul edirlər və onunla hesablaşırlar. Elə Ermənistanın xilası da Azərbaycandan asılıdır. Əgər işğalçılıq siyasətinə son qoyulsa, Ermənistan ən azı regional layihələrə cəlb oluna bilər. Xatırladaq ki, xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda keçirilən Xəzər forumunda çıxışı zamanı bu xüsusda çox maraqlı fikirlər səsləndirib. Nazir qeyd edib ki, rəsmi İrəvan beynəlxalq hüquq normalarına əməl edərsə, Azərbaycan Ermənistana kömək etməyə hazırdır. O qeyd edib ki, Ermənistan işğal altında saxladığı torpaqları azad etdikdən sonra regional layhələrə qoşula bilər.

Hazırad Avropa təərfindən də sıxışdırılan Ermənistanın mövcudluuğ getdikcə daah çox Azərbaycanla əməkdaşlıqdan asılı vəziyyətə düşür. Azərbaycanal əməkdaşlıq isə işğal olunmuş ərazilərin azad olunmasından keçir.

İndilikdə isə qeyd olunduğu kimi Avropa da Ermənistanı sıxır, onunda əməkdaşlıqdan vaz keçir. Bunu Fransadakı Ermənistan lobbisinin vəsaiti hesabına gündəlik nəşr olunan "Ermənistan xəbərləri" jurnalı da yazır. Avropa İttifaqı ilə Ermənistan arasında münasibətləri şərh edən Avropa Parlamentinin yüksək vəzifəli rəsmisinə istinadən jurnal yazır ki, Ermənistanın Gömrük İttifaqına daxil olmaq barədə gözlənilməz qərarı bu ölkənin Avropa Parlamenti ilə münasibətlərinə ciddi zərbə vurub. Avropa Parlamentinin xarici işlər üzrə komitəsinin sədri E.Brok açıq şəkildə bildirib ki, bununla Avropa Ermənistanı deyil, əksinə, Ermənistan Avropa perspektivlərini itirib. Komitə sədri hesab edir ki, Ermənistan bu addımı Rusiyanın təzyiqləri nəticəsində atmağa məcbur olub. Parlament rəsmisi bəyan edib ki, Avropa İttifaqının noyabr ayında Vilnüsdə planlaşdırılan sammitində Ermənistanla assosiativ razılaşmaya dair sənəd imzalanmayacaq: "Biz danışıqları davam etdirəcəyik, lakin Gömrük İttifaqının üzvü olan ölkə ilə assosiativ razılaşma barədə hər hansı imzalanmadan söhbət gedə bilməz".

Sizin Reklam Yeriniz