Əlaqə Arxiv
news Image
2013.10.04
08:42
| A A A
Bankların yüksək kredit faizləri ilə bağlı məsələ parlamentə çıxarılır
İndiki şəraitdə məsələyə müdaxilə olunmaması bankların faiz siyasətində yüksək rəqəmlər tətbiq etməsinə səbəb olur

Ölkə banklarının yüksək faizlərlə kredit verməsi və məsələnin dəfələrlə qaldırılmasına baxmayaraq, hansısa dəyişikliklərin qeydə alınmaması ciddi narahatlıq predmeti olaraq qalır. Hesab edilir ki, məsələyə inzibati formada müdaxilə edilmədiyi halda bankların kredit faizlərində hansısa yenilik gözləməyə dəyməz.

İndilikdə hesab olunur ki, faiz dərəcələri mütləq şəkildə azaldılmalıdır. Bu, ilk növbədə ona görə lazımdır ki, problemli kreditlərin həcmi azalsın. Digər tərəfdən belə kreditlərin mövcudluğu iqtisadiyyaıt böhrana sürükləyən amillər sırasında yer alır. Ən nəhayət bahalı faizlər üzündən yaranan problemli kreditlər nəticədə bankların özünün iflası ilə nəticələnə bilər.

Milli Məclisin İqdisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə də qeyd edir ki, Azərbaycanda banklar faiz dərəcələrini azaltmalıdırlar. Onun fikrincə, banklar bank faizlərinin aşağı salınması barədə Mərkəzi Bankla (MB) aparılan müzakirəyə müvafiq qərar verməlidirlər: "Çünki ölkə iqtisadiyyatı inkişaf etdikcə sahibkarlıq fəaliyyətinin yaxşılaşması üçün istər hüquqi, istərsə də fiziki şəxs kimi fəaliyyət göstərən sahibkarlıq subyektlərinin kredit bazarına müraciətlərini asanlaşdırmaq üçün həyata keçirilən çoxsaylı kompleks tədbirləri nəzərə almaqla bankların bank faizlərini aşağı salmaları obyektiv zərurətdir". Z.Səmədzadə, həmçinin bildirib ki, parlamentin yaz sessiyasında 2014-cü ilin İqtisadi siyasət komitəsi büdcə paketinin müzakirəsindən əvvəl banklarla görüş keçirəcək və görüşdə bu məsələlər müzakirə ediləcək: "Büdcə paketinin müzakirəsi zamanı bu məsələ yenidən gündəmə gətiriləcək. Hesab edirik ki, gələcəkdə bankların gəlirlərinin araşdırılmasına ehtiyac var. Bir çox bankların, uzun illər fəaliyyət göstərmələrinə baxmayaraq, gəlirləri bir o qədər də çox deyil. Ümümi banklarımızın balansının müsbət olması üçün bankların gəlir və xərclərinin təhlili aparılmalıdır".

Bütün bunlar fonunda istisna edilmir ki, məsələ Milli Məclisdə müzakirəyə çıxarılıdqdan sonra qanunvericilik səviyyəsində kredit faizləri ilə bağlı hansısa addım atıla bilər. Hər halda büdcə paketinin müzakirəsi zamanı bu məsələnin yenidən gündəmə gətirilməsinin planlaşdırılması da bunu istisna etmir. Əks halda qeyd olunduğu kimi faizlər yüksək olaraq qalacaq. Çünki, yüksək faizlərə baxmayaraq, kreditlərə tələbat artmaqdadır. Təbii ki, bu şəraitdə banklar faizləri aşağı salmayacaqlar. Digər tərəfdən bankların kredit müddətini uzatması da vətəndaşların daha çox kredit götürməsiən təsirsiz ötüşmür. Məsələn, əgər 2-3 il bundan əvvəl banklardan krediti maksimum 2 il müddətinə almaq mümkün olurdusa, indi 4, hətta 5 illiyə belə kredit götürmək mümkündür. Beləliklə, bir tərəfdən banklar uzunmüddətli kreditlərdən daha çox pul qazanır, digər tərəfdən isə müştərilərin aylıq ödənişi az olur.

Ötən illər ərzində dəyişən təkcə kreditlərin müddəti deyil, həm də məbləği olub. İş yerindən arayış əsasında, girovsuz verilən kreditlərin 5 min manatlıq limiti artıq arxada qalıb. İndi banklar 7-8 min, hətta 10 min manata qədər kredit ayırmağa hazırdır. Təbii ki, etibarlı müştərilərə. Söhbət girovsuz verilən kreditlərdən gedir. Azərbaycanda girov müqabilində ayrılan kreditlərin məbləği isə on min manatlarla ölçülür.

Kreditlərin müddətinin və məbləğinin artmasından qazanan təkcə banklar deyil. Bu prosesdən ölkənin sığorta şirkətləri də faydalanır. Məsələn, yerli sığortaçılar banklardan pul krediti götürmüş hər vətəndaşın həyatının 1 illik sığortalanmasından orta hesabla 20-30 manat pul qazanır. Avtomobil kreditlərinin sığortalanması isə pul kreditlərinə nisbətən baha başa gəlir və nəqliyyat vasitəsinin dəyərinin azı 2-3%-i qədər olur. Müddət artdıqca, sığorta faizi də böyüyür və 7-8%-ə çatır. Məsələn, əhalinin tələbatına uyğun olaraq və dəyəri 13-15 min manat civarında dəyişən Cənubi Koreya avtomobilləri 5 illik kreditə əldə edilərkən, onun sığortalanması təxminən 1000 manata başa gəlir. Bununla da, uzunmüddətli kreditlərin sığortaçılara qazandırdığı gəlirin məbləği min manatlarla ölçülür. Lakin əsas qazanc banklara çatır. Səbəb də məhz yüksək faizlərdir. Lakin bu faizlər daha çox bank müştərilərinin zərərinə işləyir.

Sizin Reklam Yeriniz