Əlaqə Arxiv
news Image
2013.10.10
12:22
| A A A
Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb

Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.


Movqe.az-ın məlumatına görə, hadisə dünən cəbhənin Füzuli istiqamətində qeydə alınıb.

Azərbaycan Ordusunun əsgəri, 20 yaşlı Tərlan Nizami oğlu Cırıyev düşmən gülləsinə tuş gəlib. Nəticədə güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev faktı təsdiqləyib.

Qeyd edək ki, T. Cırıyev İsmayıllı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Sizin Reklam Yeriniz