Əlaqə Arxiv
news Image
2013.10.24
12:28
| A A A
Şok iddia: Orxan Zeynalovun "öldürdüyü" adam sağdır

Movqe.az musavat.com-a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı Orxan Zeynalovun "öldürdüyü" Yeqor Şerbakov Rusiyanın Vnukovo hava limanında Varşavaya getmək istərkən gömrükdə saxlanıb. Ötən gün bu xəbər Moskvada ildırım sürətilə yayılmağa başlayıb. İddialarda bildirilir ki, iki gün öncə ictimaiyyətə Yeqor Şerbakovun sevgilisi kimi təqdim olunan xanım da Moskva-Paris uçağı ilə Rusiya paytaxtını tərk edib. 


Xəbəri "Yeni Müsavat"a verən qaynağın iddialarına görə, Rusiyada bu məsələ ilə bağlı gərginlik hələlik davam etdiyindən qondarma ölüm olayının təşkilatçıları Yeqor Şerbakov və onun sevgilisinin təhlükəsizliyini bu yolla təmin etmək qərarına gəliblər. Yeqor Şerbakovun Vnukovo hava limanının gömrük məntəqəsində hansı səbəbdən saxlanması aydın deyil. Hələlik deyilənlərlə bağlı rəsmi versiya əldə etmək mümkün olmayıb.


Vurğulayaq ki, Orxan Zeynalovun Yeqor Şerbakovu öldürməsi haqda iddialar Rusiyada yaşayan soydaşlarımızın böyük çoxluğu şübhə ilə yanaşır. "Fakt"la bağlı geniş reportajlar verən telekanallarda, qəzetlərdə nə meyidin şəkili, nə onun yaxınlarının morqda görüntüləri, nə də dəfn mərasimi görünməyib. Bütün bunlar da sözügedən olayın qurama olması haqda iddialara yol açıb. Uzun müddət Rusiyada yaşayan və bu topluma yaxşı bələd olanların sözlərinə görə, əgər Yeqor gerçəkdən də ölsəydi, onun dəfn mərasimindən şou yaratmaq istəyən qüvvələr mütləq ortaya çıxacaqdı. Orxan Zeynalovun istintaqa ilkin ifadəsində heç bir cinayət törətmədiyini deməsi bu arqumenti bir qədər də gücləndirib. 


Soydaşlarımızın fikrincə, bu, üçüncü qüvvənin işidir və məqsəd bütün Rusiya ərazisində milli zəmində qarşıdurmalar yaratmaqdır. Əgər demokratik düşüncəli insanlar bu prosesi ifşa etməklə qarşıdurma meyllərinin qarşısını ala bilməsə, Rusiya kimi nəhəng dövlətin həm daxilində, həm də xaricində milli zəmində ciddi problemləri yaranacaq. Çünki Rusiyaya keçmiş Sovet İttifaqəndan xeyli şəxs miqrasiya etdiyi kimi bu ölkələrin, demək olar ki, hamısında ruslar yaşayır. Xırda bir qığılcım böyük bir alovun yaranmasına səbəb ola bilər.


Hələlik saxta bir iddiaya dayansa belə plan sürətlə həyata keçməkdədir. "Qətl"dən sonra Rusiyada yerli əhali ilə gəlmələr arasında az qala hər gün toqquşmalar baş verir. Moskva rəhbərliyinin bu məsələdə birtərəfli mövqe tutaraq Rusiyanın rus olmayan vətəndaşlarına qarşı ikili standartlar tətbiq etməsi gərginliyi getdikcə artırır. Əldə etdiyimiz xəbərlərə görə, paytaxt Moskvadan son günlər Azərbaycana köç başlayıb. Uzun müddət Rusiyada yaşayıb normal qazanc sahibi olanlar arasında da Vətənə dönənlər var. Apardığımız müşahidələrdən aydın olur ki, geri dönənlərin çoxu  Moskvada ailələri ilə bərabər yaşayan şəxslərdir. Əsas səbəblər sırasında son bir həftədə Moskva məktəblərində ksenofobiya meyllərinin çoxalması da var.


Əgər öncələrdə yerli sakinlərlə miqrantlar arasında münasibətlər bütün paytaxtlara xas özəlliklər daşıyırdısa, indi bu ayrı-seçkilik gəlmələrə basqı formasında üzə çıxır. Gəlmələr yersiz hədələrlə üzləşir, bu səbəbdən də tez-tez müxtəlif etdiyyimiz bilgiyə görə, həm müəllimlər, həm də şagirdlər arasında qeyri-ruslara qarşı ayrı-seçkilik çoxalıb. Əldə psixoloji sarsıntı keçirməsini istəməyən valideynlər durumdan çıxış yolunu öz ölkələrinə qayıtmaqda görür. 


Rahatsızlıq yaradan məqamlardan biri də Moskvada təhsil alan tələbələrlə bağlıdır. İki gün öncə Moskva metrostansiyalardan birində bir neçə rus gəncin Azərbaycan vətəndaşı olan xanım tələbəyə qarşı aqressiv davranışı paytaxt sakinlərinin müdaxiləsi ilə böyüməyib. Moskva ali məktəblərindən birində təhsil alan tələbə xanım polis idarəsinə gələrək faktla bağlı şikayət yazaraq olayın araşdırılmasını istəyib. Hələlik şikayət əsasında saxlanan olmayıb.


Soydaşlarmız onu da deyir ki, metro çıxışlarını xüsusi təhlükəli hesab edirlər. Özəlliklə axşam saat 8-dən sonra. Bir çox iri meqapolislərdə saat 8 erkən zaman sayılsa da Moskvada bu saatda artıq əl-ayaq çəkilməyə başlayır. Hətta mərkəzi küçələrdə belə xeyli az insan gözə dəyir. Bu durum kriminal elementlər üçün yetərincə cəlbedici olduğundan həyatı təhlükə hiss edən şəxslər saat 8-dən sonra küçələrdə görünməyə meylli deyil. Çünki heç kim "Rusiya ruslar üçündür" təfəkkürlü millətçilərin hücumundan sığortalanmayıb. Görünən odur ki, Moskvada milli zəmində həyəcan getdikcə artmaqdadır.


Sizin Reklam Yeriniz