Əlaqə Arxiv
news Image
2013.10.25
15:48
| A A A
Prokurorluq orqanlarına işə qəbul müddəti uzadılıb

Baş Prokrorluğun mətbuat xidmətindən Movqe.az-a daxil olan məlumata görə, Azərbaycan Respublikasının prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar sənəd qəbulunun müddəti uzadılib. 

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 2 sentyabr 2013-cü il tarixdə 100 ştat vahidi üzrə elan edilmiş müsabiqə ilə bağlı sənəd qəbulunun müddəti cari il dekabrın 31-dək uzadılmışdır.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyularaq bu gün də uğurla davam etdirilən şəffaf və obyektiv meyarlar əsasında müsabiqə yolu ilə qulluğa qəbulun keçirilməsi prokurorluq orqanlarının kadr heyətinin mütəmadi olaraq, yüksək hazırlıqlı, zəruri peşə keyfiyyətlərinə və zəngin dünyagörüşünə malik gənc mütəxəssislər hesabına komplektləşdirilməsinə şərait yaratmış, yeni nəsil prokurorluq işçilərinin formalaşmasında mühüm vasitə olmuşdur.

Prokurorluq orqanlarında işləməyi arzu edən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən gənc hüquqşünaslar Baş Prokurorluğa müraciət edərək zəruri sənədləri təqdim etməklə müsabiqədə iştirak edə bilərlər.

Sənədlərin qəbulu başa çatdıqdan sonra test imtahanının tarixi, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ hüquqi aktların siyahısı və digər məsələlər barədə kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun internet səhifəsində və Qəbul otağında yerləşdirilmiş lövhədə əlavə məlumat veriləcəkdir.

Müsabiqə ilə bağlı prokurorluğun internet səhifəsindən (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və 437-28-56, 492-63-62, 492-74-32 nömrəli telefonlar vasitəsi ilə müvafiq məlumat əldə etmək olar.

Sizin Reklam Yeriniz