Əlaqə Arxiv
news Image
2013.10.26
08:05
| A A A
Orduya yararlı olmayanlar da hərbi xidmətə cəlb olunacaq?!
Aydın Mirzəzadə: “Azərbaycanın insan resursları kifayət qədərdir və sağlamlığına görə hərbi xidmətə yaralı olmayanlar orduya çağırılmırlar” Üzeyir Cəfərov: “Alternativ xidməti keçən insan dövlətdən yalnız xidmət müddətində məvacib alır”

Rusiya hərbi xidmət sahəsində sosial bərabərliyi təmin edəcək addım atmaq fikrinə düşüb. Təklif olunan yeni qanun layihəsinə əsasən, artıq Rusiyada həkim komissiyasının yararlı hesab etmədiyi şəxslər də hərbi xidmət keçməli olacaq. Belə ki, hərbi xidmətə yararsız sayılan şəxslər hərbi hissələrdə yox, müdafiə sənayesi komleksində xidmət göstərəcəklər. Xatırladaq ki, bu cür insanlar üçün oxşar hərbi xidmət növləri bir çox ölkələrdə tətbiq edilməkdədir.

Ölkəmizdə də hər çağırış müddətində belə gənclərin olduğunu nəzərə alsaq, oxşar xidmət növlərinin burada reallaşması gündəmə gəlir. Amma bu işdə mütəxəssislərin rəyləri birmənalı deyil.

Məsəslən, Milli Məclisin Təhlükəsizlik və müafiə komitəsinin üzvü Aydın Mirzəzadə bildirir ki, hər bir dövlət daxili siyasətini özü qurur: "Bu baxımdan Rusiyanın belə yanaşma tərzi ancaq Rusiya üçün məqbul hesab edilə bilər. Rusiyanın ərazisi kifayət qədər böyükdür. Ancaq bununla belə onun sərhədlərinin qorunması, hərbi hərbi hissələrində yerləşməsi üçün insan resursları çatışmır. Hətta bir müddət əvvəl onlar miqrantların hərbi xidmətə çağrılmasını təklif etmişdilər ki, bundan sonra onlara vətəndaşlıq verilməsi nəzərdə tutulurdu. Azərbaycana bunun tətbiq edilməsi üçün heç bir ehtiyac yoxdur. Azərbaycanda hökumətə yararlı insan resursları kifayət qədərdir. Bu baxımdan hərbi xidmətə ancaq tam sağlam olan gənclər çağrılır. Hər bir ölkə öz probleminin həlli üçün özünə uyğun həll mexanizmini fikirləşir. Bu baxımdan başqa ölkələrdəki variantlar Azərbaycan üçün məqbul ola bilməz. Azərbaycanın insan resursları kifayət qədərdir və sağlamlığına görə hərbi xidmətə yaralı olmayanlar orduya çağırılmırlar".

Ancaq hərbiçi ekspert Üzeyir Cəfərov isə Rusiyada tətbiq ediləcək qanun layihəsinin Azərbaycanda da tətbiqini məqbul hesab edir: "Rusiyanın bu addımı atmaqda məqsədi var. Əvvəla, Rusiyada bir qədər demoqrafik məsələlərdə problem var. İqtisadiyyat məsələlərində büdcə qənaətini nəzərədə tutub bu addımı atırlar. Azərbaycanda da bu məsələ belə həll olunmalıdır. Dövlətçilik nöqteyi-nəzərədən böyük faydası dəyə bilər. Lakin hazırda bizdə bunun təsdiq edilməsi problemli olan məsələdir. Çünki, Azərbaycanda hələ alternativ xidmət haqqında qanun qəbul edilməyib. Ancaq Azərbaycan Avropa Şurasına daxil olarkən üzərinə götürdüyü bir neçə öhdəlikdən biri də alternativ xidmət haqqında qanunu qəbul edilməsidir. Əgər bu öhdəliyi yerinə yetirərsə, onda həmin alternativ xidməti seçmiş şəxslərdən müdafiə sənayesi sahəsində, digər güc strukturlarında istifadə edə biləcək. Bu da dövlət üçün daha sərfəlidir. Çünki, əgər müdafiə sənayesində mülki şəxslər işləyirlərsə, onlara böyük həcmdə məvacib ödəmək lazımdır. Ancaq alternativ xidməti keçən insan dövlətdən yalnız xidmət müddətində məvacib alır. O da ştatla nə qədər məvacib verilməlidirsə, onu alır. Bununla da dövlət büdcəsinə xeyli qənaət edilmiş olur. Həm də bu insanlar demək olar ki, hərbi xidməti keçmiş olurlar. Amma müddəti bir qədər artıq olur. Hərbi xidmət müddəti il, il yarımdırsa, onlar 2-3 il xidmət keçməli olacaqlar. Yəni, alternativ xidmət bir qədər sərt şərtlər çərçivəsində həyata keçiriləcək".


Sizin Reklam Yeriniz