Əlaqə Arxiv
news Image
2013.10.28
10:40
| A A A
Gülər Əhmədovanın məhkəməsi davam edir

Bu gün saat 10:30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun rəhbərliyi ilə sabiq deputat Gülər Əhmədovanın məhkəmə prosesi davam etdirilib. Movqe.az xəbər verir ki, bu dəqiqələrdə sabiq millət vəkili məhkəmə zalına gətirilib. Məhkəmə mətbuat üçün açıq olsa da, prosesi işıqlandırmaq üçün məhkəmə zalına daxil olan jurnalistlərə içəriyə çəkiliş üçün texniki avadanlıqlar keçirməyə icazə verilməyib. Məhkəmədə Gülər Əhmədovanı vəkili Əfsər Talıbov müdafiə edir. Qeyd edək ki, Gülər Əhmədovanın cinayət işi üzrə istintaq hələ sentyabrın 23-də tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Sabiq deputatın Ağır Cinayətlər Məhkəməsində keçiriləcəyi ilk məhkəmə prosesi sentyabrın 30-da təyin olunsa da təxirə salınaraq, bu günə, oktyabrın 21-ə təyin edilib. Xatırladaq ki, Gülər Əhmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2 (cinayət haqqında məlumat verməmək və məlumatı gizlətmək) və 178.3.2 (geniş miqyasda törədilmiş dələduzluq) maddələri ilə təqsirli bilinir.

 

Sizin Reklam Yeriniz