Əlaqə Arxiv
news Image
2013.10.30
07:53
| A A A
Baha qiymətə alınan yeni maşınlar sahiblərinə böyük maddi ziyan vurur
Azər Allahverənov: “Bu və ya digər maşının qiyməti müəyyənləşərkən bazarda baş verən proseslər ona istər-istəməz öz təsirini göstərir” Cümşüd Nuriyev: “Kimsəyə sərf etmir ki, baha qiymətə aldığı maşını bir aydan sonra xeyli ucuz qiymətə versin”

Azərbaycanda avtomobillərin sayı davamlı surətdə artır. Artıq ölkədə 1,2 milyondan çox avtomobil var ki, onun da 800 minə qədəri paytaxt Bakının payına düşür. Ölkəmizə bildiyimiz kimi avtomobillər əsas etibarı ilə idxal olunur. Bir məqamda xüsusi diqqət cəlb edir ki, xaricdən gətirilən yeni avtomobillər bir sıra hallarda ölkəmizdə olduqca baha qiymətlərə satılır. Məsələn, Almaniya istehsalı olan yeni maşınlar müştərilərə yerində satılan qiymətlə müqayisədə çox baha başa gəlir.

Satış mərkəzləri və bu işlə fərdi qaydada məşğul olanlar nədənsə qiymət məsələsində qısa zamanda daha tez varlanmaq yolunu tutub. Amma bizim qaldırdığımız məsələ heç də avtomobillərin belə baha qiymətə satılması ilə bağlı deyil. Problem ondadır ki, müştəri maşını alandan sonra qısa zaman kəsiyində həmin avtomobilin qiyməti kəskin şəkildə aşağı düşür. Məsələn, avtosalondan 100 min dollara alınan maşın istismar edildikdən cəmi 2-3 ay sonra 70-80 min dollara kimi ucuzlaşır. Təzə olan maşının müştəri tərəfindən istismara verilməsindən heç 1 ay keçməmiş satış mərkəzləri onu əvvəlki qiymətindən həddindən artıq aşağı qiymətlərə götürürlər. Görəsən, avtomobil satışı ilə bağlı olaraq belə bir situasiyanın yaranmasının səbəbləri nədir? Olmaya belə hərəkətlər maşın biznesmenlərinin siyasətindən doğur?

Abtomobil üzrə ekspert Azər Allahverənovun fikrincə, sözügedən proses bazar iqtisadiyyatından doğan nəticələrdir: "Satılan təzə texnikanın sonradan satışa çıxarılarkən xeyli ucuz qiymətə başa gəlməsi heç də təkcə avtomobillərlə bağlı hal deyil. İstənilən məhsul satışa çıxarılarkən istehsal zamanı onun müəyyən olunmuş bir qiyməti olur. Sonra həmin əmtəə və maşın satılan zaman artıq onun istismarı prosesi baş verir. İstər-istəməz maşının ehtiyatlarında və yaxud hər hansı digər göstəricilərində olan dəyişikliklər zaman keçdikcə çox hallarda mənfi istiqamətdə dəyişir. Çünki maşın satışa buraxıldıqdan bir müddət sonra istər-istəməz onun texniki göstəriciləri istehsal dövründə olan ilkin sıfır göstəricidən tamamilə fərqlənir, dəyişikliyə uğrayır. Bu da son nəticədə gətirib qiymət məsələsində öz təsirini göstərir. Amma məsələ ondadır ki, müşahidələrə görə, həmin qiymət azalması özünü çox kəskin şəkildə büruzə verir. Təbii ki, bu da bazar iqtisadiyyatı ilə bağlıdır. Bazar iqtisadiyyatının da bildiyiniz kimi, öz qayda-qanunları vardır. Bu və ya digər maşının qiyməti müəyyənləşərkən bazarda baş verən proseslər ona istər-istəməz öz təsirini göstərir. Hətta onun da şahidi oluruq ki, bir neçə il öncə istehsal olunan maşınlar bu günün özündə belə hələ də istismar olunmayan avtomobil qiymətində satılır. Hətta ola bilsin, bir qədər baha qiymətə satılanlar da var. Belədə maşının özünün ilkin qiyməti ondan ucuz düşür. Məsələ ondadır k, belə vəziyyətin yaranmasında çox şey maşının özündən, onun nə dərəcədə saz durumda olması, texniki göstəricilərindən asılıdır. Bəzi maşın həvəskarları əldə etdiyi avtomobilə əlavə cihazlar da yerləşdirir. Bununla bağlı maşının modifikasiyasını əlavə elementlərlə təchiz edir. Nəticədə satılan zaman həmin avtomobilin qiyməti ilkin qiymətdən də baha başa gəlir. Belə fərqlər özünü nəzə maşının alınmasından bir ay sonra da göstərə bilər. Bu gün aldığımız mobil telefonu satmaq istəsək, artıq onu əvvəlki qiymətindən ən azından 20-25 faiz aşağı qiymətə sata biləcəyik. Bunu da sözsüz ki, bazar müəyyənləşdirir. Həmişə satan insan çalışır ki, onu baha qiymətə sata bilsin, alan isə əksinə ucuz qiymətə almaqda maraqlıdır. Bu iki tərəf arasında gedən qiymət sövdələşməsi hər tərəfi qaneedici dərəcədə olmalıdır. Amma elə bir situasiya yaranır ki, çox zaman insanlar qiyməti müəyyən edərkən texniki göstəricilərin dəyişməsi kimi məsələlər də qiymət müəyyənləşməsinə öz təsirini göstərir".

Ekspert Cümşüd Nuriyev qeyd edir ki, avtomobillərin qiyməti istehsal ilindən daha çox əsasən mühərrikin gücü ilə hesablanır: "18 faizlik əlavə dəyər vergisi və onun da üzərinə mühərrikin həcmini gələndə yüksək qiymət alınır. Baha gətirilən maşınların satıldıqdan qısa zamandan sonra xeyli ucuz qiymətə satılması əslində, məntiqə uyğun deyil. Əslində, kimsəyə sərf etmir ki, baha qiymətə aldığı maşını bir aydan sonra xeyli ucuz qiymətə versin.

2012-ci ildə Azərbaycana gətirilən maşınların ümumi dəyəri 1,2 milyard dollar olub. Bu müddətdə 104 min maşın gətirilib ki, onun da 87 mini minik maşınıdır. Amma bununla belə cəmi 300 milyon dollara yaxın vergi rüsumu tutulub".

Sizin Reklam Yeriniz