Əlaqə Arxiv
news Image
2013.11.06
11:50
| A A A
Riçhard Morninqstar :"Azərbaycandakı işlərimiz uğurla davam edir"
Movqe.Az "The Washington Times" a istinadən xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfiri Riçhard Morninqstar rəsmi Vaşinqtonun Azərbaycan Prezidenti İlham Əliyevlə olan əməkdaşlıqlarını daha da inkişaf etdirmək niyyətində olduqlarını bildirib. "Azərbaycan dövləti və onun Prezidenti İlham Əliyevlə işləməyimiz hər iki ölkə və onun əhalisi üçün çox böyük əhəmiyyət kəsb edir" deyə səfir bildirib. Cənab Morninqstar 9 oktyabrda Azərbaycanda keçirilmiş Prezident seçkilərindən narazı olan şəxslərə  isə bu cavabı verib : "Biz konstruktiv olmaq istəyirik və Azərbaycan dövlətilə əməkdaşlıq edərək onun demokratiya və iqtisadiyyatının daha da inkişaf etməsini istəyirik. İstəyirik ki, Azərbaycan daha da inkişaf etmiş dövlət olsun . Çünki bu potensial onsuz da onda var. Cənab səfir seçkilərdən əvvəl hökümətə qarşı çıxanların və  jurnalistlərin həbs edilməsinə ABŞ-ın etiraz etməsiylə bağlı da danışıb. O bildirib ki, "Biz hökümət rəsmiləriylə həbslərlə bağlı olan məsələləri daim gündəmə gətirib müzakirə edirik. Biz bu mövqeyimizi daim davam etdirəcəyik- prosessləri izləyərək höküməti şəffaf olmağa yönəldəcəyik, ədalətli məhkəmələrin keçirilməsinə nəzarət edəcəyik. 
Sizin Reklam Yeriniz