Əlaqə Arxiv
news Image
2013.11.12
18:53
| A A A
Rusiya Varşavadakı səfirliyinin binası önündə baş verən iğtişaşlara görə Polşadan rəsmi üzr istəməyi tələb edib

Rusiya Polşadan rəsmi üzr istəməyi tələb edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Rusiya Varşavada yerləşən Rusiya səfirliyinin binası önündə baş verən iğtişaşlara görə Polşadan rəsmi üzr istəməyi tələb edir. "Bu gün Rusiya XİN-ə çağırılan Polşa səfiri Zayonçkovskinə bildirilib ki, biz Polşa hökumətindən rəsmi şəkildə üzr istəməyi və Rusiya diplomatlarının normal və təhlükəsiz şəraitdə fəaliyyətini təmin edilməsini tələb edirik", - deyə Rusiya XİN-in məlumatında bildirilir.  Qeyd edək ki, noyabrın 11-də Varşavada Polşanın müstəqillik gününə həsr olunmuş yürüşün iştirakçıları Rusiya səfirliyi önündəki polis postunu və yaxınlıqdakı zibil konteynerini yandırıb. Sonra səfirliyin binasına daş, şüşə qablar və petardalar atılıb. Bir neçə nəfər binanın qapılarını sındırmağa cəhd edib. Səfirliyin hasarına "Kommunistləri rədd edin" və "Quldurların Qızıl Ordusu" sözləri yazılmış şüarlar yapışdırılıb. 

Sizin Reklam Yeriniz