Əlaqə Arxiv
news Image
2013.11.15
07:20
| A A A
Ağır tonnajlı yük maşınlarının yaratdığı ağır problemlər
Normadan artıq yüklənən belə avtomobillər təkcə yolları sıradan çıxarmır, eyni zamanda ciddi qəzalara da səbəb olurlar

Ağır tonnajlı yük maşınlarının yolların qənimi olması barədə indiyə qədər kifayət qədər deyilib, yazılıb. Qanunvericilik qaydasında da onlara qarşı maliyyə cəzaları bir neçə dəfə artırılıb. Əsas məqsəd də belə maşınların normadan artıq yük yükləməsinin qarşısını almaqdan ibarət olub. Lakin bu sahədə vəziyyətin yaxşılığa doğru dəyişməyindən danışmaq hələ də çox tezdir.

Normadan artıq yük götürən belə maşınların cərimələnməsinə baxmayaraq, yollarda hər gün onlarla qarşılaşmaq olar. İnzibati Xətalar Məcəlləsinə məlum dəyişikliklərin edilməsinə baxmayaraq, yollarda hələ də yükü özündən dəfələrlə ağır olan və yükünü daşımaqda əziyyət çəkən yük maşınlarına rast gəlinir. Daha çox gəlir götürmək iddiasında olan sürücülər daha çox gecə saatlarında yola çıxırlar.

Müvafiq reyd zamanı saxlanılan sürücülər isə özlərinə haqq qazandırmağa çalışırırlar. Hətta ona da rast gəlinir ki, sürücülərin bəzilərinin müfəttişlərin maşını saxlamaqla bağlı göstərişinə əməmiyyət verməyərək, yoluna davam edirlər. Xatırladaq ki, iri tonnajlı maşınların normadan artıq yuklənməsinə görə fiziki şəxslər 600-700, hüqiqi şəxslər isə 4 min - 5 min manat civarında cərimə olunur.

Bundan başqa araşdırmalar göstərir ki, son zamanlar minik avtomobilləri ilə yanaşı, ağır tonnajlı avtomobillərin də qəzalarının sayı artıb. Buna isə əksər hallarda sürücülərin səhlənkarlığı və yuxsuz vəziyyətdə yola çıxmaları səbəb olur. Bir neçə gün əvvəl Bakı-Qazax magistralının 204 km-də Kürdəmir rayonun Qarabucaq kəndi ərazisində iki yük maşını toqquşub. Kürdəmirdən Bakı istiqamətində hərəkətdə olan Mahir Siraqov idarə etdiyi "Mercedes" markalı ağır tonnajlı yük maşını ilə 100-dən çox iri və xırdabuynuzlu heyvan apararkən qəflətən əks istiqamətdən gələn Abxan Əliyevin idarə etdiyi nar yüklənmiş "Kamaz" markalı yük maşınının qarşısına çıxıb. Hadisə nəticəsində "Mercedes" markalı yük maşının sürücüsü Mahir Siraqov müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta ağır kimi qiymətləndirilir. Maşında olan 100 baş iri və xırda buynuzlu heyvandan 65-i tələf olub.

Ötən gün isə Şəmkirdə ağır tonnajlı yük maşını İmamzadəyə ziyarətə gedən iki piyadanı vurub. Hadisə Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 376 kilometrliyində - rayonun Könüllü kəndindən keçən hissəsində qeydə alınıb. Türkiyənin Samsun şəhər sakini, 43 yaşlı Ömər Köksal "Daf" markalı yük maşını ilə Bakı istiqamətində hərəkətdə olarkən rayonun Çənlibel sakinləri - 23 yaşlı Elşən Heydərov və Yunis Əmiraslanovu vurub. Nəticədə piyadalardan E.Heydərov ağır bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Onu da qeyd edək ki, iri yük maşınlarının istər şəhər daxilində, istərsə də magistral yollarda hərəkəti qanunla tənzimlənsə də, çox zaman qaydalar ciddi şəkildə pozulur. Yük götürmə qabilliyəti 5 tondan artıq olan nəqliyyat vasitələrinin paytaxtın kücə və yollaranıda hərəkəti müəyyən qaydalarla tənzimlənir. Bu maşınlar yalnız icazə verilmiş yollar üzrə, özü də gecə saatlarında hərəkət edə bilərlər.

Lakin müşahidələr göstərir ki, yük maşınları istədikləri vaxt, istədikləri yolla hərəkət edirlər. Sürücülərə irad tutanda isə vacib obektlərin tikintisində çalışdıqlarını bəhanə gətirirlər. Halbuki bu prosesdə yalnız xüsusi buraxılış vərəqəsi olan iri tonnajlı avtomobillər iştirak edə bilərlər. Bu zamanı vərəqlərin yük maşınının ön şüşəsinə vurulması vacibdir. Lakin şəhərə daxıl olan maşınların əksəriyyətində buraxılış vərqələrinin olmadığını müşahidə etmək çətin deyil.

Ağır tonnajlı maşınların normadan artıq yüklənməsi də ciddi problemlər yaradır. Məlumata görə, il ərzində yükdaşıma qaydalarını pozan 126 sürücü saxlanılıb. 610 mindən artıq inzibati pratokoldan 1000-i yük avtomobillərinin sürücüləri ilə bağlı olub. 49 yol qəzasını isə yük maşınları törədib. İri tonnajlı maşınların şəhərdə hərəkəti tıxaclara da səbəb olur. Qeyd olunduğu kimi sözügedən nəqliyyat vasitələri əksər hallarda normadan artıq yükləndiyindən yolların tez sıradan çıxmasına şərait yaradır. Amma problem təkcə yollarla kifayətlənmir. İri tutumlu yük avtomobilləri körpülərin də dağılmasında mühüm əhəmiyyət daşıyır.

Məlumdur ki, hər bir körpünün özünə məxsus yük götürmə qabiliyyəti var. Təəssüf ki, bəzən, 40-50 ton yükə hesablanan nəqliyyat ötürcülərinin üzərindən ümumi çəkisi 100 tona yaxın iri tonnajlı maşınlar da şütüyür. Bu da körpülərin tez sıradan çıxması ilə nəticələnir. Xatırladlaq ki, oktyabrın 26-da Qubanın Küsnətqazmalar və Qımılqazmalar kəndələrini birləşdirən körpünün dağılmasının da əsas səbəbkarı normadan artıq mişar daşı ilə yüklənən iri tutumlu avtomobil olub. Həmin körpü 30 ton yük götürməyə hesablansa da, qəza anında onun üzərindən keçən avtomobilin ümumi çəkisi 80 ton olub.

Sizin Reklam Yeriniz