"Xural" qəzetinin əməkdaşı 3 il azadlıqdan məhrum edildi
Lənkəran məhkəməsi "Xural" qəzetinin əməkdaşı Aydın Canıyevi 3 il
müddətinə azadlıqdan məhrum edib. Məhkəmə jurnalisti Cinayət
Məcəlləsinin 221.2.2 maddəsi (ictimai qaydanın qorunması üzrə
vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının
qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət
göstərməklə xuliqanlıq) üzrə təqsirli bilib. Məhkəmə A.Canıyevin
vəsatətlərini rədd edib.
Məhkəmə prosesində prokuror 4 il iş tələb etsə də hakim 3 il azadlıqdan məhrumetmə cəzası kəsib. Aydın Canıyev vəkildən imtina edib və özü-özünü müdafiə edib.
Xatırladaq ki, A.Canıyev sentyabr ayında saxlanılıb. O, vətəndaş Zemfira Xəlilovanı təhqir etmək, Lənkəranın Sərpəkəran kəndinin məscidində xuliqanlıq törətməkdə ittiham olunaraq inzibati həbs cəzası almışdı. Daha sonra Aydın Canıyevə Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə cinayət işi qaldırılıb və Lənkəran Rayon Məhkəməsi onun barəsində həbs-qətiimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb. Aydın Canıyevin cinayət məsuliyyətinə cəlb olunması məsələsini Lənkəran Dövlət Universitetinin pedaqoji heyəti də qaldırıb. Onların şikayətinə jurnalistin "Xural" qəzetində getmiş məqaləsindəki bəzi ifadələr səbəb olub. Jurnalist Lənkəran Rayon Polis Şöbəsinin təcridxanasında saxlanılır.