Əlaqə Arxiv
news Image
2012.05.25
11:56
| A A A
“Eurovision 2012”nin ikinci yarımfinalı da keçirildi - FOTOLENT - VİDEO
Movqe.Az xəbər verir ki, ölkəmizdə keçirilən "Avroviziya" Mahnı Yarışmasının ikinci yarım finalı tamamlanıb. 46 ölkədə yayımlanan yarışmada ölkələrdən gələn səslərlə finala qalan 10 ölkə müəyyənləşib.
Türkiyə, Serbiya, Makedoniya Respublikası, Malta, Ukrayna, İsveç, Estoniya, Norveç, Bosniya-Herseqovina və Litva nümayəndələri mayın 26-da keçiriləcək finala vəsiqə qazanıb. Finalda çıxış edəcək iştirakçıların ardıcıllığı isə belədir:
Sıra Ölkə İfaçı Mahnı
1. Böyük Britaniya Engelbert Hamperdink "Love Will Set You Free"
2. Macarıstan "Compact Disco" "Sound Of Our Hearts"
3. Albaniya Rona Nişliu "Suus"
4. Litva Donni Montell "Love is Blind"
5. Bosniya və Herseqovina Maya Sar "Korake Ti Znam"
6. Rusiya "Buranovskiye babuşki" "Party for Everybody"
7. İslandiya Qreta Salome və Yonsi "Mundu Eftir Mér"
8. Kipr İvi Adamu "La La Love"
9. Fransa Anqqun "Echo (You And I)"
10. İtaliya Nina Zilli "L'Amore È Femmina (Out Of Love)"
11. Estoniya Ott Lepland "Kuula"
12. Norveç Tooji "Stay"
13. Azərbaycan Səbinə Babayeva "When The Music Dies"
14. Rumıniya "Mandinga" "Zaleilah"
15. Danimarka Soluna Samay "Should've Known Better"
16. Yunanıstan Elefteriya Elefteriu "Aphrodisiac"
17. Isveç Lorin "Euphoria"
18. Türkiyə Can Bonomo "Love Me Back"
19. İspaniya Pastora Soler "Quédate Conmigo"
20. Almaniya Roman Lob "Standing Still"
21. Malta Kurt Kalleya "This Is The Night"
22. Makedoniya Kaliopi "Crno I Belo"
23. İrlandiya "Jedward" "Waterline"
24. Serbiya Zeljko Joksimoviç "Nije ljubav stvar"
25. Ukrayna Qaytana "Be My Guest"
26. Moldova Paşa Parfeni "Lăutar"
Müsabiqə "Eurovision-2012" üçün Xəzər dənizi sahilində tikilmiş "Bakı Kristal Zalı"nda keçiriləcək. Müsabiqənin teleauditoriyası dünyanın 50 ölkəsindən 100 milyondan artıq insan təşkil edir.
Xatırladaq ki, Azərbaycan möhtəşəm Avropa mahnı müsabiqəsinə ev sahibliyi hüququnu Eldar Qasımov və Nigar Camalın (Ell/Nikki) Аlmaniyanın Drüsseldorf şəhərində keçirilən "Eurovision 2011"-dəki qələbəsindən sonra əldə edib.





Sizin Reklam Yeriniz