Əlaqə Arxiv
news Image
2013.11.20
10:00
| A A A
ABŞ Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə münasibət bildirib

ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünü ilk addım kimi yüksək qiymətləndirib və dövlət başçılarının yaxın aylarda yenidən görüşmək barədə razılığa gəlməsini alqışlayıb.


Bu barədə Dövlət Departamentinin açıqlamasında bildirilir. 

 

Bəyanatda deyilir ki, son iki ildə ilk dəfə keçirilən bu görüş dialoqun yenidən başlaması yolunda vacib addımdır və liderlərin Dağlıq Qarabağ münaqişəsinə son qoymaq niyyətini nümayiş etdirir: "ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ prezidentləri hər iki ölkə insanları üçün ağır yükə çevrilmiş bu münaqişənin həlli üçün fəal çalışmağa təkidlə çağırır".  


Sizin Reklam Yeriniz