Son günlərin ən çox maraq doğuran hadisələrindən biri də Məsud Barzaninin rəhbərlik etdiyi Kürdüstan Demokratik Partiyası Azərbaycanın əksər şəhərlərini "Böyük Kürdüstan" xəritəsinə salması ilə bağlıdır. Kürdüstan Demokratik Partiyasının rəsmi "facebook" səhifəsində yayılan xəritədə bütün Qərbi Azərbaycan əyaləti, Şərqi Azərbaycanın bir sıra şəhərləri, azərbaycanlılar yaşayan Bicar, Gürvə, Sonqur şəhərləri, Həmədan əyaləti, Naxçıvan və bir sıra başqa şəhərlər daxil edilib.
Həmçinin, "Günaz TV" portalının məlumatına görə, iraqlı soydaşalrımızın yaşyan Kərkük vilayəti, Türkiyənin böyük hissəsi və başqa ərazilər də xəritəyə daxil edilib. Xəritə 500 minkvadrat kilometr ərazini əhatə edir və hazırda həmin bölgədə 55 milyon əhali yaşayır. Sadəcə xəritəyə daxil olan əzəli Azərbaycan şəhərlərində milyonlarla azərbaycanlı yaşayır. Belə xəyali Kürdüstan təşkil edildiyi halda 25 milyon türk, ərəb, assuri, erməni, kəldani və başqa millətlər öz ərazilərindən didərgin düşməli olacaq. Bütün bunlar isə o deməkdir ki, separtçı əhval-ruhiyyədə olan bəzi kürd terrorçular və onların başçıları belə hərəkətlərlə azərilər başda olmaqla bölgə əhalisinə qanlı müharibə mesajı verirlər.
Xatırladaq ki, Məsud Bərzani Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğanın dəvətilə Türkiyəyə səfər etmişdi.
Artıq Milli Məclisinin əslən Naxçıvandan olan deputatları Siyavuş Novruzov və Eldar İbrahimov Məsud Barzaninin Naxçıvanı "Böyük Kürdüstan"a qatmaq iddiasına münasibət bildiriblər. "Virtualaz" saytına verdiyi açıqlamada S.Novruzov Azərbaycana düşmən qüvvələrin zaman-zaman Naxçıvana ərazi iddiaları irəli sürdüklərini bildirib: "Amma bütün bu cəhdlərin heç bir nəticəsi yoxdur və ola da bilməz. Çünki Naxçıvan qədim Azərbaycan torpağıdır və heç kim ona iddia edə bilməz. Əvvəllər bu cəfəng iddialarla ermənilər çıxış edirdilər. Görünür, indi növbə İraq Kürdüstanına çatıb. Sədəcə olaraq, məsləhət görərdim ki, bu cür təxribatlara heç bir reaksiya verilməsin".
Deputtat Eldar İbrahimov isə vurğulayıb ki, Naxçıvanın təhlükəsizliyini qaranti Türkiyədir: "Bu, Azərbaycan torpağıdır. Tarixən elə gətirib ki, bu bölgə daim düşmələrimizin diqqətini cəlb edib. Amma Naxçıvan öz taleyini əbədi olaraq Azərbaycanla bağlayıb və həmişə də belə olacaq. Bundan başqa Qərb sülh müqaviləsinə görə, Naxçıvanın təhlüksizliyinin qarantkarından biri Türkiyədir. Ona görə də Naxçıvana heç kim iddia edə bilməz".
Qeyd edək ki, Şimali İraqda mövqelərini gücləndirən Bərzani bölgədə digər kürdlərin separatçı mövqe sərgilməsi istiqamətində aktiv fəaliyyət göstərir. Bu səbəbdən Türkiyə iqtidarının məsud bərzani ilə münasibətlər qurmaq cəhdi bu ölkə müxalifəti tərəfindən sərt təpki ilə qarşılanır. Türkiyənin isə maraqlandıran əsas məqamlardan biri Bərzani ilə razılaşma çərçivəsinəd İraqın şimalında zəngin neft-qaz yataqlarını işlənməsidir. Artıq İraq Kürdüstanı və Türkiyə arasında milyardlarla dollarlıq qaz və neft kəmərlərinə dair sövdələşmə yekun mərhələsinə qədəm qoyub. Bu kəmərlər İraqın yarımmuxtar əyalətindəki zəngin karbohidrogen sərvətlərini dünya bazarına çıxarmalıdır. Ekspertlər bildiriblər ki, Yaxın Şərq regionunda böyük geosiyasi dəyişikliyə səbəb ola biləcək bu kəmərlər İraq Kürdüstanına gündə 2 milyon barrel nefti dünya bazarına çıxarmaq və ildə 10 milyard kubmetr qazı isə Türkiyəyə nəql etmək imkanı verəcək.
Türkiyə həmçinin Azərbaycan və İrandan da təbii qaz alır. Ekspertlər qeyd edirlər ki, Şimali İraqdan çəkilməsi planlaşdırılan milyardlarla dollarlıq qaz kəməri Türkiyənin ildə 10 milyard kubmetr qaz idxal etməsinə imkan yaradacaq. Bu qaz hazırkı satıcılardan gələn qazdan xeyli ucuz olacaq. Türkiyə və Şimali İraq muxtariyyəti arasında qaz sazişı bu ilin dekabrında imzalana bilər, lakin kəmərin tikintisi 2017-ci ilədək davam edəcək. Xəbər verilir ki, Türkiyəyə ilk qazı İngiltərə-Türkiyə Genel Enerji şirkəti İraqdakı Miran və Bina Bavi yataqlarından nəql edəcək. Bu şirkətin rəhbəri BP-nin keçmiş icraçı direktoru Toni Hayvarddır.təbii ki, Türkiyənin şimali İraqda iqtisadi maraqlarını güdməsi təbiidir. Lakin bunun bölgədə kürd separitzminin genişlənməsinə gəirib çıxarmasına yol verilməsinin də qarşısı alınmalıdır. Ən azı bərzaninin istədiy şərtləri diqtə etməsi yolverilməzdir.