Əlaqə Arxiv
news Image
2013.11.26
07:57
| A A A
Qonşuluğumuzda radiasiya təhdidi böyüyür
Problemlərin həlli üçün Ermənistana 2016-cı ilədək vaxt verilib

Məlumat verildyi kimi Rusiya və Ermənistan nüvə təhlükəsizliyi sahəsində texniki əməkdaşlıq haqqında saziş hazırlayıb. Bu saziş "Metsamor" atom elektrik stansiyasının (AES) yeni enerji bloku üzrə texniki əməkdaşlığı da nəzərdə tutur. Yeni enerji blokunun tikiləcəyi tarix hələlik məlum deyil. Buna səbəb maliyyələşməyə dair tam zəmanətin olmamasıdır.

Qeyd edək ki, Rusiya hələlik layihənin bir hissəsini maliyyələşdirməyə hazır olduğunu bildirib. Yerdə qalan vəsaiti isə Ermənistan tapa bilmir. Bu isə o deməkdir ki, "Metsamor" AES bundan sonra hələ uzun müddət köhnə bloklar əsasında fəaliyyət göstərməli olacaq. Belə vəziyyət isə stansiyanın yenə ciddi təhdid mənbəyi olaraq qalması deməkdir.

Bu təhlükənin nədən ibarət olmasına gəlincə, Radiasiya Problemləri İnstitunun direktoru Adil Qəribov deyi ki, "Metsamor" AES-ın Azərbaycana ən böyük təsiri yalnız onu qəza rejimində olmasıdır.

O bildirib ki, ermənilərin hansısa izatopu götürüb çaya atmaq imkanları yoxdur: "Buna beynəlxalq ekspertlər daimi olaraq nəzarət edirlər. Azərbaycan və Ermənistan müharibə şəraitində olan ölkələr olduğu üçün bu məsələ ciddi şəkildə diqqət mərkəzində saxlanılır. Çünki istənilən tullantıdan terror məqsədilə istifadə edilə bilər".Onun sözlərinə görə, "Metsamor" AES-nın işləyən bloku 1980-cı ildə istifadəyə verilib və onun istifadə müddəti layihə üzrə 20-25 ildir: "Bu isə 33 ildir işləyir və ömrü bir dəfə uzadılıb. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin sabiq baş katibi Məhəmməd Baradey vaxtilə ilk dəfə ölkəmizə gəldikdə Prezident Heydər Əliyev "Metsamor" AES-in seysmik zonada yerləşdiyi məsələsini qoydu və beynəlxalq qrumlardan onun dayandırılmasını istədi. Ermənilər bütün dünyaya car çəkdilər ki, enerji təhlükəsizliyimiz gündəmdədir, biz başqa dövlətlərdən asılı olmaq istəmirik və heç vaxt bu stansiyadan əl çəkməyəcəyik. Bir qənirə işləyən reaktorun və 9 ballıq seysmik zonada olan stansiyanın hələ də işləməsi Ermənistanın təkidi ilə olan məsələdir. "Metsamor" AES-də qəza baş versə, Ermənistanın bütün ərazisindən keçəndən sonra bizə gəlib çatacaq. Əgər Ermənistanın hökuməti ölkəsini düşünsə, özü bu stansiyanın fəaliyyətini dayandırar".

A.Qəribov "salamnyus" potalına açıqlamasında vurğulayıb ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik 2012-2013-cü ildə orada ekspertiza aparıb və dərc olunan hesabatında Ermənistanın qarşısına konkret məsələlər qoyulub: "Bu məsələlərin həlli üçün Ermənistana 50-100 milyon dollar vəsait lazımdır. Ermənistan hökuməti bu vəsaiti vermək istəməsə də, Beynəlxalq Agentliyin bu məsələyə ciddi yanaşmasından sonra "Rosatom" vasitəsilə həmin krediti alıb və məsələni həll etməyə razı olublar. Problemlərin həlli üçün Ermənistana 2016-cı ilədək vaxt verilib. Bu vaxta kimi reaktorlar tam təhlükəsiz hala gətirilməlidir. Ondan sonra MAQATE-nin ekspertləri "Metsamor" AES-in vaxtının 2026-ya qədər uzadılıb-uzadılmaması məsələsinə baxacaqlar".

Qeyd olunduğu kimi isə indiki şəraitdə stansiyanın fəaliyyəti ciddi təhdid mənbəyidir. Xatırladaq ki, "Metsamor" AES 1976-cı ildə seysmik zonada tikilib. 1988-ci ilin dekabrında Spitakda baş verən güclü zəlzələdən sonra fəaliyyətini dayandırsa da, ölkədə müşahidə olunan enerji böhranı səbəbindən 1995-ci ildə yenidən işə salınıb. Məlumat üçün bildirək ki, Ermənistan atom elektrik stansiyasında Rusiyada istehsalolunmuş ümumi gücü 815 Meqavat olan "VVGR-440" tipli iki enerji bloku quraşdırılıb. Birinciblok 1976-cı, ikinci - 1980-ci ildə işə salınıb. 1989-cu ildə stansiya müvəqqəti dayandırılıb, 1995-ci ildə ikinci, hal-hazırda işləyən və 404 Meqavat gücü olan, blok yenidən işə salınıb. Ermənistanda istehsal olunan elektrik enerjisinin təxminən 40 faizi atom elektrik stansiyasının payına düşür.

Hazırda "Metsamor" atom elektrik stansiyasının yaratdığı təhlükə təkcə onun köhnə olması və hər an qəzalı vəziyyətlə üzləşəcəyi ilə məhdudlaşmır. Məsələnin daha bir narahatlıq yaradan tərəfi "Metsamor" dan radioaktiv maddələr qaçaqmalçılığıdır. Bu cür radioaktiv maddələrdən isə nüvə silahının hazırlanmasında istifadə olunur. Xatırladaq ki, artıq radioaktiv maddələr daşıyan ermənilərin yaxalanması faktları mövcuddur və onların belə maddələri məhz "Metsamor" atom elektrik stansiyasından əldə etdikləri də danılmazdır.

Sizin Reklam Yeriniz