Əlaqə Arxiv
news Image
2013.11.27
08:01
| A A A
Təhlükəli evlər...
Hikmət Məmmədov: “Həqiqətən də son illər bəzi binalarda radiasiya halları üzə çıxıb” Fəqan Əliyev: “Radioaktivliyin binanın istismar müddətinə yox, insan səhəttinə böyük təhlükəsi var”

Ölkəmizdə uzun illərdir, tikinti işlərinin aparılmasını nəzərə alsaq, inşaat prosesi barədə fərqli fikir və mövqelərin sərgilənməsi də təbii sayıla bilər. Məsələn, hələ də bel əfikirlər səslənir ki, bəzi çoxmərtəbəli binalarda istifadə edilən inşaat materialları yüksək keyfiyyətli olmayıb. Bundan başqa inşaat materiallarının, xüsusən də kərpic və metal konstruksiyaların radioaktiv yoxlamalardan keçməməsi təhdidedici hal kimi dəyərləndirilir.

İnşa edilən mənzillərin sanitar pasportlarının olmaması da mənfi hal kimi qiymətləndirilir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsinin dekanı, professor Hikmət Məmmədov bildirir ki, bunu bütün tikililərə aid etmək olmaz: "Ancaq bu gün ölkəmizdə beynəlxalq standartlara cavab verməyən inşaat materialları var. Çünki, onları müxtəlif şirkətlər müxtəlif ölkələrdən gətirirlər. Bəzən onların sertifikatları olmur. Amma ümumulikdə, yaxşı binalarda bunların hamısına riayət olunur. Çünki, materiallardan asılı olaraq istər mənzil, istərsə də, inzibati binaların daxilində normal komfort şərait yaradılmalıdır. Bu mövzuda söhbət haradasa yayınmalardan gedə bilər. Ancaq radiasiya məsələsi isə çox təhlükəli amildir. Həqiqətən də son illər bəzi binalarda radiasiya halları üzə çıxıb. Amma həmin materiallardan geniş miqyasda istifadə edilmir. Çünki, bu gün Azərbaycanda istehsal olunan inşaat materialları güclü nəzarət altındadır".

Professor qeyd edir ki, radiasiya problemi nəticəsində ilk növbədə insanlarda müxtəlif, əsasən də xərçəng xəstəliyinin meydana çıxmasına səbəb ola bilər: "İnşaat materialları mənzillərdə normal mühitin yaranmasının birbaşa təminatçısıdır. Binalarda bundan başqa da problemlər yaranır. Məsələn, binalar avtomobil yoluna yaxındırsa, mənzildə səs, izolyasiya problemləri olacaq. Tikinti materiallarının aşağı keyfiyyətdə olması isə binanın istismar müddətini azaldır. Dünya təcrübəsində bina var ki, yarım əsr ömrü olub. Normal binalar 200-250 il istismar olunmalıdır. Müasir binalar həmin standartlara cavab verir. Çünki, onlarda müasir texnologiyalar, konstruksiyalardan istifadə olunur. Binaların oturması dəqiq yoxlanılır, geoloji axtarışlar aparılır. Quruntun fiziki-kimyəvi xassələri öyrənilir".

Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti Fəqan Əliyev bildirir ki, dünya praktikasında hər bir binanın ekoloji pasportu var: "Ekoloji pasport olmadan heç kəsə bina tikməyə icazə verilmir. O, torpağın geologiyası, hidrogeologiyasının təmizliyindən xəbər verir. İkinci mərhələ isə istifadə edilən inşaat materiallarının keyfiyyəti məsələsidir. Bunların hamısının sertifikatı olmalıdır. Hətta təbii daşlar dağlardan gətirildiyi üçün onlarda təbii radionuklitlər olur. Abşeron ərazisi, neft çıxan yerlərdəki daşlarda radon qazı var. Radon qazı uranın qazlaşmasıdır. Bunlardan istifadə ziyanlı deyil. Amma istifadə edilməmişdən əvvəl ölçmə işləri aprılmalıdır. Sementin mütləq sertifikatı olmalıdır. Deyilənə görə, Dövlət Gömrük Komitəsinə, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində belə laboratoriyalar var. Amma bu laboratoriyalar dövlət qurumlarının tərkibində yox, müstəqil qurum olmalıdır. Müstəqil qurumun məsuliyyəti çox olur. Bizdə tikililərin radioaktiv fonu ciddi yoxlanılmır. Düzdür, radioaktivliyin binanın istismar müddətinə yox, insan səhəttinə böyük təhlükəsi var".

Sizin Reklam Yeriniz