Əlaqə Arxiv
news Image
2013.11.27
11:10
| A A A
"Azərbaycan və İran tərəfi Culfada yeni körpünün açılması məsələsini dekabrda müzakirə edəcək"

İran və Azərbaycan sərhədçilərinin müştərək komissiyasının iclasının bu ilin dekabr ayında keçirilməsi planlaşdırılır.


Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iclasda Culfa sərhəd keçid-məntəqəsində yeni körpünün istifadəyə edilməsi məsələsi müzakirə olunacaq.

 

Səfir görüşün dəqiq tarixinin hələlik müəyyən olunmadığını deyərək, qeyd edib ki, Culfa sərhədində köhnə körpünün 30 tondan artıq yük keçirilməsi üçün yararsız olması həm İran, həm Azərbaycan mütəxəssisləri tərəfindən təsdiqlənib: "Həmin körpü köhnəlib, üzərindən yükü 30 tondan artıq olan maşınların keçməsi təhlükəlidir. İki ölkə arasında razılaşma əldə olunandan sonra yeni körpü istifadəyə veriləcək".


Sizin Reklam Yeriniz