Laçın rayonunun yeni görüntüləri - FOTO
Erməni bloger Albert Voskonyan Azərbaycanın Laçın rayonun yeni fotolarını çəkib.
Movqe.az İnterAz-a istinadən rayonun son görüntülərini təqdim
edir:
Qeyd edək ki, Laçın rayonu 18 may 1992-ci ildə Ermənistan
Respublikası tərəfindən işğal olunub. Rayonda bir şəhər, bir qəsəbə
(Qayğı qəsəbəsi), 125 kənd olub. Azərbaycanın cənub-qərbində,
dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və
Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla
həmsərhəddir. Rayon mərkəzinin Bakı şəhəri ilə şosse yolla ara
məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi
isə 60 km-dir.