Gülər Əhmədovaya 3 il həbs cəzası verildi
Sabiq deputat Bakı Ağır Cinayətlər Məhkəməsinin hakiminin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Movqe.az-ın məlumatına görə, Gülər Əhmədovaya hökm oxunub. Hakimin qərarı ilə sabiq deputat 3 il müddətində azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkəcək.
Xatırladaq ki, bu gün Gülər Əhmədova məhkəmədə son söz ilə çıxış edib.