Əlaqə Arxiv
news Image
2013.12.04
07:14
| A A A
Yanacaq qiymətlərinin dəyişməsinə ziddiyyətli baxışlar üzə çıxdı
Bunun ərzaq qiymətlərinə və nəqliyyatda gediş haqqına necə təsir göstərəcəyi ətrafında ziddiyyətli fikirlər üzə çıxır

Son günlərdə cəmiyyətdə əsas müzakirə mövzusuna çevrilən məsələ heç şübhəsiz ki, yanacağın qiymətinin qaldırılmasıdır. Bunun öz növbəsində yeni qiymət artımına səbəb olub-olmayacağı indi xüsusi diqqət mərkəzindədir. Qeyd olunan xüsusda fərqli fikirlər səslənir.

Bu barədə danışmazdan öncə bildirək ki, Azərbaycan Tarif Şurasının keçirilən növbəti iclası zamanı rabitə hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin təbii qazın iri istehlakçılara satışı və bəzi neft məhsullarının satışı tariflərinə baxılıb. Rabitə xidmətləri tarifləri bir qismi azaldılıb bir qismi isə olduğu kimi saxlanılıb. Tarif Şurasının qəbul etdiyi yeni tarif tənzimləmələri qəbul olunub. Şuranin iclasinda Rabitə və Informasiya Texnologiyalari Nazirliyinin müraciəti əsasinda bir sira rabitə xidmətlərinin tariflərinə baxilib. Rabitə xidmətləri üzrə telefon çəkilişi tarifi 40-120 manatdan 30 manata, beynəlxalq danişiq tarifləri 1 dəqiqə üçün zonalardan asili olaraq 36, 45 və 54 qəpikdən bütün zonalar üzrə 32 qəpiyə, şəhərlərarasi danişiq tarifi 1 dəqiqə üçün 7 qəpikdən 5 qəpiyə, faks aparatindan ayliq istifadə tarifi 80 qəpikdən 50 qəpiyə qədər azaldilib. 107 sifarişli rabitə xidməti üzrə tarif kənd yerləri üçün mövcud 5 qəpik səviyyəsində saxlanilib, şəhər və rayon mərkəzləri üçün isə 2 dəfə azaldilmaqla, 10 qəpik təsdiq edilib.

Eyni zamanda, telefon nömrəsinin addan-ada keçirilməsi, şəhərlərarasi və beynəlxalq danişiqlara görə açiqlamalarin verilməsi, telefona ayliq texniki xidmət göstərilməsi, telefon nömrəsinin seçilməsi üçün ödənişlər ləğv edilib. Şuranin iclasinda stasionar telefonlar üçün ayliq abunə haqqi əhali qrupu üzrə 2 manat 50 qəpik, büdcə təşkilatlari üzrə 7 manat səviyyəsində müəyyənləşdirilib, qeyri-büdcə təşkilatlari üçün hazirki 7 manat səviyyəsində saxlanilib. Rabitə xidmətləri üzrə yeni tariflər 1 yanvar 2014-cü il tarixindən qüvvəyə minəcək.

Tarif Şurasinin iclasinda həmçinin, hava nəqliyyati ilə ölkədaxili sərnişindaşima xidmətlərinin mövcud tarifləri yuxari tarif həddi kimi təsdiq edilib, ölkədaxili sərnişin hava gəmilərində yükün, poçtun və normadan artiq baqajin daşinmasi üçün tariflər əvvəlki səviyyədə saxlanılıb.

İclasda Azərbaycan Respublikasi Dövlət Neft Şirkətinin bəzi neft məhsullarının, kimya, alüminium, dağ-mədən filizi əsasinda poladəritmə, həmçinin elektrik enerjisi istehsali müəssisələrinə təbii qazin satişi tariflərinə dair müraciətinə baxilib və müvafiq tarif tənzimlənməsi həyata keçirilib. Belə ki, Ai-95 benzinin pərakəndə satiş qiyməti 1 litr üçün 80 qəpik, Ai-92 və Ai-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satiş qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarinin yeni topdansatiş qiymətləri təsdiq olunub.

Narahatlıq doğuran məqam baş verənlərin ictimai nəqliyyatda gedişhaqlarına, həmçinin ərzağın qiymətnə necə təsir göstərəcəyidir. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov qeyd edir ki, ictimai nəqliyyatda gediş haqqının qaldırılması hələ ki, gözlənilmir. O bildirib ki, ictimai nəqliyyatda gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına ümumiyyətlə müraciət olunmayıb: "Avtobuslarda gediş haqqının qaldırılması məsələsi yoxdur. Bu məsələ də Tarif Şurasının səlahiyyətlərinə aid məsələdir. Bu barədə qərar qəbul etmək onlara aiddir. Nazirlik olaraq nəqliyyatda gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməmişik. Yəni hələ ki, nəqliyyatda gediş haqqının artırılması gözlənilmir" .

Ərzaqla bağıl isə nikbin fikirlər səslənmir. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyir ki, Azərbaycanda yanacağın bahalaşması ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin bahlaşmasına gətirib çıxaracaq: "Mən 2014-cü ilin dövlət büdcənin müzakirəsi zamanı bu məsələ barədə danışmışdım. O, vaxt bu məsələdən nigaran idim və ciddi narahat doğururdu. Bu barədə hökumət nümayəndələrinə sual verdim və bizi arxayın etdilər ki, heç bir qiymət artımından söhbət gedə bilməz, belə problem yoxdur. Amma biz gələn ilin dövlət büdcəsin müzakirə edəndə və onun parametrlərinə baxanda hiss etdik ki, qiymət artımı gözləniləndir. İndi Azərbaycanda benzin və dizel yanacağının qiymətində təqribən 30 faizə yaxın bahalşma oldu. Bu da ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin bahlaşmasına gətirib çıxaracaq. Bu, çox ciddi artımdır. Milli Məclisdə bununla bağlı müəyyən müzakirələr aparılacaq".

Onun sözlərinə görə, Azərbaycanda benzin və dizel yanacağının qiyməti infilyasiyanın artımına o qədər də təsir göstərməyəcək. Bununla belə, əsas qiymət artımı əhalinin sosial vəziyyətinə təsir edə bilər. Yüksək maaşı olmayan insanlar var. Onlar üçün ciddi çətinlik yaradacaq.

V.Əhmədov "qiymətin gözlənilmədən qaldırılması nə dərəcədə düzgündür" sualına belə cavab verib: "Bu məsələ yalnız Tarif Şurasından aslıdır. Komissiya bu məsələlərə baxır və qiymət artımına qərar verilir. Açığı, mən də qiymət artımnı bu səviyyədə gözləmirdim. Neft hasilatının aşağı düşməsi ilə əlaqədar dövlət büdcəsində müyyən gərginlik var. Amma ümumi baxımdan 2014-cü ilin dövlət büdcəsinin göstəricilərinə baxdıqda, qiymət artımı müəyyən qədər gözlənilən idi". Lakin güclü nəzarət şəraitində qiymətlərin o qədər də qalxmasına da nail olmaq mümkündür.

Tarif Şurasının katibi İlkin Məcidov da bildirir ki, hazırda neft məhsulları üzrə mövcud tariflər nəinki Avropa, hətta əksər MDB ölkələri ilə müqayisədə aşağıdır. Tarif artımından sonra da benzinin pərakəndə satış qiyməti Azərbaycanda digər MDB ölkələrindən aşağı olacaqdır. Hazırda neft istehsalına görə dünyada 2-ci yerdə olan Rusiyada benzinin qiyməti Azərbaycanla müqayisədə daha yüksəkdir. Onnu sözləriən görə, neft məhsulları üzrə tarif tənzimlənməsi kənd təsərrüfatı məhsullarının istehsalçılarına ciddi təsir göstərməyəcək. Belə ki, bu sahəyə dövlət tərəfindən əvəzsiz yardımlar göstərilir. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına toxum, gübrə, yanacaq dəstəyi ayrılır, onlara güzəştli kreditlər verilir. Kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddır. Onu da bildirək ki, benzin və dizelin qiymətinə dəyişiklik etməsinə baxmayaraq, yenidən Avropada ən ucuz benzin və dizel Azərbaycanda olacaq. Son rəqəmlərə görə, Norveçdə Ai-95 markalı benzinin 1 litrinin qiyməti 2,6 dollar təşkil edir. İkinci yerdə İtaliya qərarlaşır. Bu ölkədə 1 litr benzinin qiyməti 2,47 dollardır. Üçüncü pillədə isə Hollandiya yer alır. Burada isə 1 litr benzinin qiyməti 2,46 dollar təşkil edir. Dizel yanacağının qiymətlərinə gəldikdə isə ilk üçlüyə Norveç, İsveç və İtaliya daxildir. Norveçdə dizel yanacağının 1 litri 2,33 dollar, İsveçdə 2,32 dollar, İtaliyada isə 2,31 dollardır. Ən ucuz benzinin satıldığı iddia edilən Rusiyada Ai-95 markalı benzinin 1 litri 1,05 dollar, Qazaxıstanda 0,98 dollar, Belarusda isə 0,93 dollardır. Ona görə də, bu gün ən ucuz yanacaq Azərbaycanda olduğu kimi, artımdan sonra da Avropada ən ucuz benzin və dizel ölkəmizdədir.

Sizin Reklam Yeriniz