Əlaqə Arxiv
news Image
2013.12.17
11:06
| A A A
Bu gün Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramıdır

Müdafiə Sənayesi Nazirliyi işçiləri peşə bayramlarını qeyd edir.

Movqe.az xəbər verir ki, Prezident İlham Əliyevin 2009-cu il noyabrın 10-da imzaladığı sərəncama əsasən, hər il dekabrın 17-si Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Qeyd edək ki, Prezidentin 16 dekabr 2005-ci il tarixdə imzaladığı sərəncamla yaradılan nazirlik fəaliyyətə başladığı ilk gündən etibarən bir sıra mühüm işlər həyata keçirilib.


Nazirliyin tabeliyində olan 14 müəssisə əsaslı şəkildə təmir edilib və beynəlxalq standartlara cavab verən avadanlıqlarla təchiz edilərək istifadəyə verilib. Dünyanın bir çox inkişaf etmiş ölkələrinin qabaqcıl şirkətləri ilə sıx əməkdaşlıq qurulub.

Nazirliyin istehsal fəaliyyəti ilə bağlı göstəricilərə gəlincə, Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində 2013-cü ilin doqquz ayında ümumi istehsal həcmi 2,5 dəfə, müdafiə təyinatlı məmulatların istehsalı isə 2,8 dəfə artıb.


Mülki təyinatlı məhsulların istehsalı üzrə proqnoza 105 faiz əməl olunub, ötən ilin müvafiq dövrü ilə müqayisədə mülki məmulatların istehsalında 41 faiz artım əldə edilib. İstehsal olunmuş məhsulların ümumi həcminin 85 faizini müdafiə və xüsusi təyinatlı, 15 faizini isə mülki təyinatlı məhsullar təşkil edib. İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 750-ni ötüb.

2013-cü ilin istehsal proqramına uyğun olaraq nazirliyin müəssisələri tərəfindən yaradılma üzrə 70 mövzunu və 208 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi konstruktor işləri davam etdirilib.


Fəaliyyətə başladığı gündən bir çox beynəlxalq və milli sərgilərə qatılan Müdafiə Sənayesi Nazirliyi cari ilin sentyabrın 15-dən oktyabrın 17-dək Bakıda keçirilən "Azərbaycan 10 ildə" sosial-iqtisadi inkişaf dövlət proqramlarının icrası sərgisində təmsil olunub və nazirliyin müəssisələrində yaradılan və istehsal olunan müdafiə və mülki təyinatı məmulatları nümayiş etdirib.


Sizin Reklam Yeriniz