Əlaqə Arxiv
news Image
2013.12.18
16:49
| A A A
“TAP Avropanın enerji asılılığının həllində mühüm rol oynayacaq”

"Trans-Adriatik Qaz Kəməri (TAP) Avropa Birliyi ilə Azərbaycan arasında ticarət əlaqələrinin inkişafı baxımından önəmli olmaqla yanaşı, həm də enerji təhlükəsizliyi və enerji asılılığı kimi vacib problemlərin də həllində önəmli rol oynayacaq".

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, bunu Avropa Parlamentinin Sosialistlər və Proqressiv Demokratlar Alyansının üzvü, Slovakiyadan olan deputat Katarina Nevedalova deyib.

 

"Avropa Parlamentinin slovakiyalı üzvü olaraq, mənə bir neçə il öncə Rusiya ilə qaz təchizatında yaranmış problemləri xatırlamaq çətin deyil. Hazırda Avropa Birliyinin üzvü olan Şərqi Avropa ölkələrinin çoxu Rusiya neftindən və qazından asılı vəziyyətdədir. Ona görə də enerji mənbələrinin, enerji təchizatçılarının diversifikasiyası proqnozlaşdırılması mürəkkəb olan dünya bazarında hədsiz vacib məsələdir", - deyə Katarina Nevedalova bildirib.    

Sizin Reklam Yeriniz