Əlaqə Arxiv
news Image
2013.12.21
21:16
| A A A
Doğuş zamanı daha bir ana və körpəsi öldü

Bu gün axşam saatlarında 36 yaşlı qadın Ağdam Rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı keçinib.

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, ölən qadın əslən Ağdam rayon sakini olan və Bakıda yaşayan 1977-ci il təvəllüdlü  Əsgərova Gülmirə Bəxtiyar qızıdır. Məlumata görə, hamilə olan Əsgərova Gülmirə bir neçə gün əvvəl Bakıdan Ağdam rayonuna, anasıgilə gəlib. Bu gün axşam saatlarında onun vəziyyəti pisləşib.  Saat 17-18 radələrində qadın kəskin qanaxma ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, qadını xilas etmək mümkün olmayıb. O, doğuş zamanı kəskin qanaxmadan həyatını itirib. Ağdam Rayon Mərkəzi Xəstəxanasından  APA-nın Qarabağ bürosuna verilən xəbərə görə, həkimlər qadına hamilə qalmağın təhlükəli olduğunu bildiriblər.
Sizin Reklam Yeriniz