Əlaqə Arxiv
news Image
2013.12.29
11:33
| A A A
Zaur Həsənovun atası: "Müxalifət oğlumun ölümünü siyasi şouya çevirmək istəyir"

Dekabrın 25-də özünə qəsd etmiş II qrup Qarabağ əlili Zaur Həsənov dünən müalicə aldığı 5 saylı şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib. Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətov Z.Həsənovun ölüm xəbərini təsdiqləyib. O bildirib ki, axşam saatlarında xəstənin vəziyyəti pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.

"Hadisəyə kənar qüvvələrin reaksiyası bizə lazım deyil. Hamı nə olduğunu bilir. Qarabağ əlilinin ölümündən istifadəyə cəhdlər edilir". Bunu jurnalistlərə vəfat etmiş Zaur Həsənovun atası Həsən Həsənov deyib. Mərhumun atası bildirib ki, müxalifət qüvvələri, kimliyi bəlli olmayan qruplar oğlumun ölümünü siyasi şouya çevirmək istəyirlər: "Buna qətiyyən yol vermək olmaz. Kimlərsə aranı qarışdırmaq istəyirlərsə bunu mənim oğlumla əlaqələndirməsinlər. Biz hadisənin necə baş verdiyini onlardan yaxşı bilirik".

Sizin Reklam Yeriniz