Əlaqə Arxiv
news Image
2013.12.30
10:46
| A A A
Türkiyənin Silahlı Qüvvələrinin nümayəndələri Azərbaycana səfər edəcək

Türkiyə Respublikası Silahlı Qüvvələri ali rütbəli zabitlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına əsasən gercəkləşdirilir. Səfər gələn il yanvarın 7-dən 9-dək olan müddətdə baş tutacaq.

Bununla yanaşı, Azərbaycan-ABŞ iş planına əsasən, gələn il yanvarın 10-da Almaniyada "Qara Dəniz Rotasiya Qüvvələri-2014" təliminin Əsas planlaşdırma konfransı keçiriləcək.

Yanvarın 15-17-də Belçikanın Brüssel şəhərində hərbi məlumatların mübadiləsi üzrə "VERITY" seminarı keçiriləcək.

Yanvarın 20-dən aprelin 11-dək Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən Böyük Britaniyada hərbi ingilis dili kursu təşkil olunacaq.

Gələn il yanvarın 21-23-də Almaniyada NATO-nun Siyasi və Tərəfdaşlıq Komitəsinin Avro-Atlantik Tərəfdaşlıq Şurası formatında növbəti "NATO-nun Tərəfdaşlığı - Oberammerqau Simpoziumu" keçiriləcək.

Sizin Reklam Yeriniz