Əlaqə Arxiv
news Image
2012.06.01
14:19
| A A A
Pasport almaq qaydaları dəyişdirilir?

Movqe.Az xəbər verir ki, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 1 iyun iclasında "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanuna dəyişikliklər müzakirə edilib.

Layihəyə əsasən, vətəndaşlıq pasportlarının verilməsi müddəti 1 aydan 10 iş gününə endirilir.

Vətəndaş ölkədən yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə gedərsə, bu halda onun pasportuna həmin uşaqların yazılması və fotoşəkillərinin yapışdırılmasını nəzərdə tutan müddəa qanundan çıxarılır.

Pasportların 1 yaşadək uşaqlar üçün 1 illik, 1-3 yaşadək uşaqlar üçün 3 illik, 3-18 yaşadək 5 illik, 18 yaşına çatmış şəxslər üçün isə 10 illik verilməsi nəzərdə tutulur.

Xidməti pasportun alınması və dəyişdirilməsi üçün dövlət rüsumu alınmayacaq.

Pasport almaq istəyən vətəndaşın əl-barmaq izlərinin götürülməsi və fotosunun çəkilməsi pasportu verən dövlət orqanında həyata keçirilir. Qanuna dəyişikliklər 2013-cü il iyunun 1-dək verilən pasportlar etibarlılıq müddəti bitənədək və ya vətəndaşın soyadı, adı, atasının adı dəyişənədək, yaxud pasport itənədək, yararsız hala düşənədək və ya pasportun üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır.

Pasportun üzərindəki və ya elektron daşıyıcısındakı məlumatların səhv olduğu müəyyənləşdirildikdə həmin pasport təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilməlidir.

Layihə parlamentin plenar iclasına tövsiyə olunub.

Sizin Reklam Yeriniz