Əlaqə Arxiv
news Image
2014.01.09
17:05
| A A A
Deputatlara telefon qadağası
Milli Məclisin binasına daxil olan bütün şəxslərin bu tipli mobil telefonları əlindən alınacaq

Azərbaycan Milli Məclisinə smartfon və android tipli telefonla giriş qadağan olundu. 

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğunun modern.az-a verdiyi məlumata görə, təhlükəsizlik baxımından Milli Məclisin binasına daxil olan bütün şəxslərin bi tipli mobil telefonları əlindən alınacaq. Artiq bununla bağlı qərar qəbul olunub: "Bu qərar Milli Məclisə daxil olan hər kəsə aid olunacaq. Burada vəzifə bölgüsü aparılmayacaq. Deputatlardan tutmuş Milli Məclisə gələn qonaqlar və jurnalistlərin hamısının telefonu binaya daxil olarkən əlindən alınacaq.  Təhlükəsizlik baxımından və standartlara uyğun olaraq bəzi avadanlıqların Milli Məclisə keçirilməsi qadağandır".

Bütün dünyada belə bir təcrübənin olduğunu deyən Akif Təvəkküloğlu onu da bildirib ki, prosesə nəzarət etmək üçün hər bir şərait var.

Sizin Reklam Yeriniz