Əlaqə Arxiv
news Image
2014.01.13
11:44
| A A A
Zakir Həsənov Fransaya rəsmi səfərə gedib
İki ölkənin Müdafiə nazirlikləri arasında müdafiə sahəsində əməkdaşlıq anlaşması imzalanacaq

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov yanvarın 13-də Fransa Respublikasına rəsmi səfərə yola düşüb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Z. Həsənovun Fransanın Müdafiə naziri Jan-İv Le Drian, Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, admiral Eduard Qiyo, eləcə də Fransanın müdafiə məhsulları istehsal edən bir sıra şirkətlərinin rəhbərləri ilə görüşləri, ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələləri barədə müzakirələr aparması planlaşdırılır.

Səfər zamanı Azərbaycan və Fransanın Müdafiə nazirlikləri arasında müdafiə sahəsində əməkdaşlıq Anlaşmasının imzalanması nəzərdə tutulub.

 

Səfər yanvarın 14-dək davam edəcək.

Sizin Reklam Yeriniz