Əlaqə Arxiv
news Image
2014.01.14
17:29
| A A A
Mirşahin Ağayevdən açıqlama: Kimdir axı ANS-i satan?-ÖZƏL

ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev Mövqe.az-a ANS telekanalının satışa çıxarılması barədə açıqlama verib. Çox əsəbi olaraq suallarımızı cavablayan M. Ağayev bildirib: "Bu xəbər yalandır. Boş-boş danışıb, camaatın da öz vaxtlarını da alırlar. Kimdir ANS-i satan axı? Biz ANS-i satmırıq və heç bir borc filan da yoxdur".


Xatırladaq ki, Interpress.az saytı bildirib ki, ANS Şirkətlər Qrupu satışa çıxarılıb. Bildirilir ki, şirkətin külli miqdarda vergi borcu var. Şirkət Nəşrlər Evini bağlamaqla həmin borcların öhdəsindən gələ bilməyib. Eyni zamanda ANS Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərən ANS televiziyası da satışa çıxarılır. İlkin versiyaya görə televiziyanın gələcək sahibi yüksək çinli məmurlardan biridir. Mənbənin məlumatında o da deyilir ki, Vahid Mustafayev media ilə vidalaşaraq yalnız biznes fəaliyyəti ilə məşğul olmağı planlayır.

Sizin Reklam Yeriniz