Əlaqə Arxiv
news Image
2012.06.08
09:05
| A A A
Hillari Klintonun səfərindən sonra çox şey dəyişə bilər
“Vaşinqton üçün region çox ciddi önəm daşıyır”

"ABŞ dövlət katibi Hillari Klintonun dünyanın yaşadığı belə bir məqamda Cənubi Qafqaza səfəri ondan xəbər verir ki, Vaşinqton üçün region çox ciddi önəm daşıyır". Bunları "Azadinform"a açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Musa Qasımlı bildirib.

O qeyd edir ki, Klintonun səfəri ABŞ-ın bu bölgədə həyata keçirdiyi siyasətlə bağlıdır və böyük ehtimalla səfərdən sonrakı müddətdə bu siyasətdə ciddi irəliləyişlər müşahidə olunacaq. "Dövlət katibinin 3 Cənubi Qafqaz ölkəsinə ardıcıl səfəri və ölkə başçıları ilə yanaşı, vətəndaş cəmiyyəti ilə görüşü ondan xəbər verir ki, ABŞ regiondakı proseslərlə yaxından maraqlanır. Geosiyasi baxımdan konkret olaraq ABŞ və Azərbaycanın maraqlarına uyğun birgə fəaliyyət, eyni zamanda, Birləşmiş Ştatların bu bölgədəki iqtisadi maraqları və digər məsələlər də aktualdır. ABŞ-la Azərbaycan arasında enerji sahəsində çox ciddi əməkdaşlıq mövcuddur. Xəzər hövzəsində Azərbaycan çox mühüm bir ölkədir və təbii ki, bütün bunlar ABŞ-ın Cənubi Qafqazdakı siyasətində Azərbaycana xüsusi yer ayırmasına səbəb olub", - deyə M.Qasımlı vurğulayıb.

Deputat deyir ki, H.Klintonun səfərindən sonra özünün də bəyan etdiyi kimi, regionun ən vacib problemi olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ciddi irəliləyişlər ola bilər, çox şey dəyişə bilər. Ekspertin fikrincə, dövlət katibinin regiona səfəri çərçivəsində münaqişənin həlli məsələsi əsas mövzulardan olub.
Sizin Reklam Yeriniz