Erməni generalları narahatdır
Birinci Qarabağ müharibəsinin iştirakçıları olan
erməni generalları narahatdırlar. ANS PRESS-in Ermənistan
mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistanda Azərbaycan
Ermənistan qoşunlarının təmas xəttində son günlər baş verən
insidentlə bağlı toplantı çağırılıb. Toplantıda Dağlıq Qarabağ
mühahirəbəsinin iştirakçıları olan "qəhrəmanlar" iştirak
ediblər.
Onların arasında Ermənistanda "Komandos" ləqəbi ilə məşhur olan hərbi müfəttiş Arkadi Ter Tadevosyan, general Seyran Saroyan, deputat Arakel Movsisyan da olub. Toplantıda erməni generallar Erməni tərəfinin cəbhə xəttində kobud səhvlərə yol verdiklərini etiraf ediblər. Erməni generalların həyasızlığı o həddə çatıb ki, onlar cəbhə xəttində qeydə alınan son insidentlərdən sonra Azərbaycan tərəfini cəzalandırmağın vacibliyindən danışıblar.
"Əgər müharibə başlayarsa bütün deputatlar varlı və kasıb olmağından asılı olmayaraq ayağa qalxacaq", - deyə Seyran Saroyan bildirib. Erməni jurnalistin Saroyana "həqiqətənmi varlı erməni deputatının təmas xəttinə göndərilməsi mümkündür?" sualı isə cavabsız qalıb.