Əlaqə Arxiv
news Image
2014.02.23
07:59
| A A A
Əsrin faciəsi – Xocalı qətliamı
Bu cinayəti törədənlər hələ də məsuliyyətə cəlb olunmayıblar və Ermənistanın indiki rəhbərlyində təmsil olunurlar

Zülmün ərşə dayandığı, insanlıq tarixinin qanla yazılan ən dəhşətli faciələrindən birinin yaşandığı soyqırımından 22 il keçir. Fevralın 26-da növbəti ildönümü qeyd olunan Xocalı faciəsinin nədən yaşanması, bu soyqırımın başvermə səbəbləri və onun qarşısının alınmasının nə dərəcədə mümkün olması illər keçdikcə yenə fikirlərə hakim kəsilən əsas suallardan birinə çevrilir.

Əslində, ermənilərin təkbaşına cəsarətlənərək nəinki Xocalıya, Dağlıq Qarabağın digər ərazilərinə belə iddialar irəli sürməsi, hücumlar təşkil etməsi mümkünsüz idi. Ancaq təəssüf ki, erməni köpəklərini hürdürən sahibləri var idi və bu sahiblərə arxalanan, hər zaman üstündə gəzdikləri torpağa, yedikləri çörəyə naxələf çıxan ermənilər yenə də Azərbaycan ərazilərinə tamah salmışdılar. Xocalı hadisələrinə qədər Xankəndidə yerləşən 366-cı motoatıcı alay sayəsində zəbt edə bildikləri ərazilər iştahalarını daha da artırmışdı. Yalnız qaldıqları halda heç nə edə bilməyəcəklərini özləri də yaxşı bilirdi. Bu fonda 366-cı motoatıcı rus alayının ermənilər tərəfində olması vəziyyəti dəyişirdi və elə məhz bu alay 1992-ci ilin qarlı qışında Xocalı soyqırımının yaşanmasında ən azı ermənilər qədər rol oynadı. Alayın ixtiyarında olan çoxlu sayda hərbi texnika, şəxsi heyət, həmçinin ermənilərin özlərinin ixtiyarında olan silahlar qüvvələr nisbəti arasında böyük fərq yaradırdı. Bu dövrdə Azərbaycanın mərkəzi hakimiyyətinin Xocalını taleyin ümidinə buraxması da ermənilərin lehinə işləyən məqamlardan biri kimi çıxış edirdi.

Yaranmış vəziyyətə rəğmən, Xocalının qəhrəman müdafiəçiləri şəhəri təslim etməyərək sonadək rəşadətlə mübarizə apardılar, onların bir çoxu döyüşlərin gedişində şəhidlik zirvəsinə ucaldılar. Amma faciə bununla bitmədi, Xocalıda qalan yüzlərlə dinc sakini, qadını, qocanı, uşağı yağı düşmən daha böyük müsibətə düçar etdi. 1992-ci ilin qarlı fevralında Ermənistandan Azərbaycan ərazisinə qanunsuz keçirilmiş silahlı qüvvələr, eləcə də Dağlıq Qarabağın millətçi ermənilərindən təşkil olunmuş qanunsuz silahlı birləşmələri keçmiş SSRİ Müdafiə Nazirliyinin 366-cı motoatıcı alayın şəxsi heyəti və hərbi texnikası ilə birgə Xocalı şəhərinə hücuma keçərək onu tutdular. Şəhərə daxil olan azğınlaşmış yağılar təkcə müqavimət göstərənləri yox, dinc əhalini, o cümlədən qadınları, uşaqları, qocaları aman vermədən qətlə yetirirdilər. Zülmət gecə məsum insanlara atılan güllələrdən işıqlanır, tökülən günahsız qanlar bəmbəyaz qarı qırmızıya boyayırdı. Ancaq bütün bu dəhşət gözü qana boyanmış cəlladları daha da azğınlaşdırırdı. Onlar tankları küçələrin ortasına səpələnən meyidlərin üzərindən sürüb tırtıllar altında cəsədləri əzməklə hansı xislətin sahibi olduqlarını yenidən nümayiş etdirdilər.

Mühasirədən çıxıb qaçmağa müvəffəq olan sakinlər təqib edilərək Kətik meşəsində, Naxçıvanik yolunda, Qaraqaya ətrafında, Dəhraz kəndi yaxınlığında, Şelli istiqamətində, Əsgəran asfalt yolunun 86-cı kilometrliyində və digər ərazilərdə eyni qaydada amansızlıqla öldürüldü. Bundan başqa, erməni yaraqlıları əsir və girov götürdükləri azərbaycanlıları da xüsusi amansızlıqla, işgəncə verərək qətlə yetirirdilər. Onlara dözülməz işgəncələr verilir, insanların başlarının dərisi soyulur, müxtəlif əzaları kəsilir, gözləri çıxarılırdı. Habelə, qadınların qarınları yarılır, adamlar diri-diri torpağa basdırılır və ya yandırılır, meyitlər zorakılığa məruz qalırdı.

Nə qədər qəribə görünsə də, törədilən vəhşilikləri ermənilər özləri də açıq etiraf edirdilər. Qarabağ hadisələrinin iştirakçışı, ermənilərin ən çox sevdiyi ideoloqlarından biri yazıçı - şair Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında Xocalıda törətdikləri soyqırım haqqında yazır: "Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq".

Daha bir erməni müəllif, yazıçı-jurnalist David Xerdiyan da Xocalıda ermənilərin azərbaycanlıların başına gətirdikləri müsibətləri "Xaç uğrunda" kitabında fəxrlə xatırlayır: "Martın 2-də "Qaflan" erməni qrupu türklərin cəsədlərini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 kilometrliyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi". Bu cinayəti törədənlər hələ də məsuliyyətə cəlb olunmayıblar və Ermənistanın indiki rəhbərlyində təmsil olunurlar.

Beləliklə, ermənilərin növbəti vəhşiliyi nəticəsində Xocalının 5379 nəfər əhalisi deportasiyaya məruz qaldı, 613 nəfər, o cümlədən 63 nəfər azyaşlı uşaq, 106 nəfər qadın vəhşicəsinə qətlə yetirildi, 8 ailə bütünlüklə məhv edildi, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 1275 nəfər əsir və girov götürüldü. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qətlə yetirilənlərin cəsədlərinin əksəriyyətini şəhərdən çıxartmağa ermənilər imkan verməyib, ona görə də yalnız az sayda insanın meyitini dəfn etmək mümkün olub.

Görülən tədbirlər, atılan addımlar sayəsində Xocalı soyqırımı dünyada tanınır, qəbul olunur və buna misal olaraq Pakistan, Meksika qanunverici orqanlarında sözügedən soyqırımının tanınması ilə bağlı qəbul olunan müvafiq qanunvericilik aktlarını göstərmək olar. Heç şübhəsiz ki, Xocalı faciəsini törədənlərin ədalətin mühakiməsinə veriləcəyi, bu faciənin qurbanları olanların ruhlarının əbədi sakitliyə qovuşacağı, şəhər sakinlərinin isə yenidən öz doğma torpaqlarına qovuşacağı gün də uzaqda deyil.

Sizin Reklam Yeriniz