Əlaqə Arxiv
news Image
2012.04.06
02:56
| A A A
“Rusiya bizə o pulu vermədi”
“Rusiya SSRİ-dən silahı varislik kimi saxlayıb, borcu qoydu bizim çiynimizə”

Xalqımız düz 20 il idi ki, əmanətlərin qaytarılacağı anı gözləyirdi. İndi çox sevindiricihaldır ki, cənab prezident Novruz bayramı ərəfəsində sovet dövründən qalmış əmanətlərinbərpası ilə bağlı fərman imzaladıBunu Gün.Az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli dilə gətirib.

Onun dediyinə görə, amma bəzi dairələr bu gün bunu yaxşı qiymətləndirə bilmirlər"Bu, bizə sovet hökumətindən - o, başqa bir hökumət idi - miras qalmışdı. Sovet hökuməti silahı varislik kimi Rusiyada saxladı, amma borcu qoydu bizim çiynimizə. Niyə? Yaxşı şey olsaydı, borcu da saxlayardıRusiyanın boynunda, indi pulumuzu da gedib ondan alardıq.

Amma Rusiya bizə o pulu vermədi. Görün, qədər narahat bir oldu illərlə bu məsələnin həlli yolu axtarılırdı".

Komitə sədri, eyni zamanda burada digər maraqlı bir məqama da toxunub"Bu günləri biz Avropa Şurasından Qarabağa dəyən ziyanı istəyirik, BMT-dən bunu istəyirik. Ala bilirikmi? Bax, bu da həmin məsələdir. Bizim torpaqlar işğal olunub, binalarımızməhv olub, insanlarınmülkü dağılıb, pulu dağılıb. Ala bilirikmi?

Prezidentimiz bunların hamısını bir daha analiz edib, bu yolu seçdi ki, xalqımızın bu pulu bu yolla qaytarılsın. Bunun mahiyyətindəo durur ki, bu, bizim büdcəmizdən getdi, bu, bizim qazandığımız puldan getdi, ancaq bütün bunlara baxmayaraq, biz bu məsələni həll etdik".

Sizin Reklam Yeriniz