Video kameralar 105 cinayətin üstünü açıb
2013-cü ildə "Təhlükəsiz şəhər" avtomatlaşdırılmış idarəetmə
sisteminin inkişaf etdirilməsinə dövlət büdcəsindən bütövlükdə 23,6
milyon manat vəsait ayrılıb. Layihə çərçivəsində Bakı şəhərində
1309 nöqtədə 3490 kamera quraşdırılaraq istifadəyə verilib, Bakı
Metropoliteni də daxil olmaqla, respublikanın ayrı-ayrı
şəhərlərində və magistral yollarında ümumilikdə 1779 nöqtə üzrə
6918 (1320 hərəkətli, 5598 sabit) kamera "Təhlükəsiz şəhər"
avtomatlaşdırılmış idarəetmə sisteminə qoşulub.Movqe.az-ın
məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2013-cü ilin
yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda qeyd
olunub.2012-ci illə müqayisədə hesabat dövründə sistemin
videomüşahidə vasitələrinin tətbiqi ilə aşkarlanmış hadisələrin
sayı 25 faiz artıb. Nəticədə 105 cinayətin üstü açılıb, 8401
yol-nəqliyyat hadisəsi (111-i piyadaların vurulması), ictimai
asayişin pozulması ilə bağlı 328 fakt, 11 avtoxuliqanlıq, 74 yanğın
hadisəsi və s. müəyyən edilib."Nömrətanıma" Sistemi vasitəsilə
axtarışda olan 149 nəqliyyat vasitəsi müəyyənləşdirilib, onlardan
121-i, həmçinin üzərində oğurlanmış dövlət qeydiyyat nişanı olan 19
avtomobil saxlanılıb.