İlham Əliyev Yubiley medalı ilə təltif olunub
Türkiyənin İstanbul şəhərində Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi
Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun 5-ci ildönümü ilə bağlı
mükafatlandırma mərasimi keçirilib.Movqe.az-ın AzərTAc-a istinadən
məlumat verir ki, mərasimdə Fondun təsis edilməsi təşəbbüsünü
dəstəklədiyinə və bu qurumun fəaliyyətinə əsaslı töhfələr verdiyinə
görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yubiley
medalı ilə təltif olunub.Tədbirdə çıxış edən Türkiyənin Avropa
İttifaqı üzrə nazirinin müavini Ələddin Büyükkaya Fondun Avropa
İttifaqı ilə münasibətlərə xüsusi əhəmiyyət verdiyini vurğulayıb.
O, fondun fəaliyyətindən söz açaraq bu günədək mədəniyyət, sosial
və iqtisadi sahələrdə 300-ə qədər layihənin icra edildiyini
söyləyərək quruma uğurlar arzulayıb.Beynəlxalq Qara Dəniz və Xəzər
Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun prezidenti, Türkiyə Böyük
Millət Məclisinin deputatı İsmayıl Safi rəhbərlik etdiyi təşkilatın
5 illik fəaliyyəti və gələcək planları haqqında ətraflı məlumat
verib. Bildirib ki, 20 ölkənin təmsil olunduğu fondun əsas məqsədi
Xəzər dənizi bölgəsi ilə Qara dəniz ölkələri arasında iqtisadi
inkişaf, ətraf mühit, elim, təhsil, mədəni müxtəliflik, tolerantlıq
və mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlıq
yaratmaqdır.Azərbaycanın qurumdakı fəaliyyətinə toxunan İ. Safi
dövlət başçısı İlham Əliyevə xüsusi minnətdarlığını bildirib. O,
Əməkdaşlıq və Tərəfdaşlıq üzrə Qara Dəniz və Xəzər Dənizi Fondunun
təsis edilməsi təşəbbüsünü dəstəklədiyinə və təşkilatın
fəaliyyətinə əsaslı töhfələr verdiyinə görə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Fondun Yubley medalı ilə
təlfif edildiyini bildirib.Mərasim bədii hissə ilə davam
etdirilib.