Əlaqə Arxiv
news Image
2014.03.10
10:33
| A A A
“Azərsu” üçün yeni inzibati bina tikilir
Paytaxtda "Azərsu" ASC üçün yeni ofis binasının tikintisi davam etdirilir. ASC-nin mətbuat xidmətindən movqe.az-a verilən məlumata görə, ofis binası Heydər Əliyev prospektində, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tikilməkdə olan yeni inzibati binasının yaxınlığında yerləşir.Bina 2 mərtəbəsi yeraltı olmaqla 22 mərtəbəlidir. Layihəyə görə, hündürlüyü 124 metr olacaq inzibati binanın sahəsi 36 min 326 kvadratmetr nəzərdə tutulub.Obyektin tikintisi ötən il başlanılıb və 2015-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
Tenderdə qalib gəlmiş Koreyanın "Halla" şirkəti tikinti-quraşdırma və digər texniki işləri həyata keçirir. Layihənin ümumi dəyəri 120 milyon ABŞ dollarıdır.
Sizin Reklam Yeriniz