Bu gün Bakıda atəşfəşanlıq olacaq
Movqe.Az xəbər verir ki, bu gün saat 21.00-da Dənizkənarı Milli
Parkda atəşfəşanlıq olacaq.
15 İyun - Milli Qurtuluş Günü münasibətilə Bakıda möhtəşəm atəşfəşanlıq təşkil olunacaq. Bakı şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, saat 21:00-da Dənizkənarı Milli Parkda, Saat qülləsinin yanında tanınmış incəsənət ustalarının iştirakı ilə geniş konsert keçiriləcək.
Saat 23:00-da isə möhtəşəm atəşfəşanlıq olacaq.BŞİH paytaxt sakinlərini və şəhərin qonaqlarını möhtəşəm bayram şənliyinə dəvət edir.
Türkan Nadirqızı
Movqe.Az