Sarkozi də şorgöz çıxdı...
Fransanın sabiq prezidenti Nikola Sarkozinin
partiyadaşı Mari-Seli Qiyomun yeni kitabı çapdan çıxıb. Lent.az-ın
"The Local" nəşrinə istinadən verdiyi məlumata görə, Xalq Hərəkatı
Uğrunda Partiyanın 58 yaşlı üzvü kitabında Nikola Sarkozini
şorgözlükdə ittiham edib.
Mari-Seli Qiyom yazıb ki, hadisə sosial layihəyə maliyyə vəsaiti ayrılması xahişi ilə bağlı Yelisey sarayına gedən zaman baş verib. Nikola Sarkozi Mari-Seli Qiyomdan seksual xarakterli bir neçə xahiş edib, bununla da yüksək seksual ehtirasda olduğunu nümayiş etdirmək istəyib.
Nikola Sarkozi hələ Mari-Seli Qiyomun yazdıqlarına reaksiya verməyib. O, hazırda həyat yoldaşı Karla Bruni ilə birlikdə yaşayır.