Əlaqə Arxiv
news Image
2012.04.06
13:25
| A A A
Qubada tam sakitlikdir
«500 min kvadratmetr yerdir, bunu bir saata, bir günə görmək mümkün deyil»

"Qubada tam sakitlikdir, polisə çağırılan, həbs edilən də yoxdur". Bunu "Azadlıq" radiosuna Quba rayonunun yeni icra başçısı Mübariz Ağayev deyib. Onun sözlərinə görə, evləri yandırmaqda və dövlət əleyhinə addım atmaqda ittiham olunanlardan yalnız 3 nəfəri indi həbsdədir. "7 nəfər idi, onların 4-ü buraxılıb. Qalan 3 nəfər də evləri yandıran, dövlət əleyhinə addım atanlardır, onlarla da söhbət aparılandan sonra buraxılacaqlar".

Mübariz Ağayev rayonda geniş abadlıq işlərinə başladıqlarını deyir. Bildirir ki, bu işlərin əsas hissəsi sentyabr ayına qədər yekunlaşacaq. "500 min kvadratmetr yerdir, bunu bir saata, bir günə görmək mümkün deyil".


Sizin Reklam Yeriniz