Əlaqə Arxiv
news Image
2014.05.06
08:17
| A A A
Nurçuların daha bir qorxunc tərəfi üzə çıxır
Zahid Oruc: “Nurçuluq fəaliyyətinin və onun imkanlarının genişləndirilməsi, bura azyaşlı uşaqların cəlb olunması uzaqgedən planlardan xəbər verir” İlham İsmayıl: “Nurçuluğun baş planı şəriət qanunları ilə idarə edilən dövlət yaratmaqdır”

Məlumat verildiyi kimi, Daxili İşlər Nazirliyinin Yasamal rayon Polis İdarəsi əməkdaşlarının Bakının mərkəzi rayondarından birində nurçuların böyük bir ocağını tapıb. ANS-in məlumatına görə, liderlərdən 4 nəfər və ya öz təbirlərincə desək mürid saxlanılıb. Özü də bu adamlar sıravi statusda deyillər. Onların dördü də MDB və Azərbaycan üzrə koordinatorlardır. Təhlükəli məqam isə həm də burasıdır ki, nurçuların məclislərinə məktəb yaşlı uşaqlar, azyaşlılar da cəlb olunur. Burada qeyd olunduğu kimi müridlər dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan əməllərinə yetkinlik yaşına çatmayanları da cəlb edirmişlər. Bununla yanaşı, araşdırmalardan o da məlum olur ki, nurçular hərbi xidmət çəkməyin də əleyhinədirlər. Bu, belə izah olunur ki, hərbi xidmət çəkən zaman onlar dini etiqadlarından uzaq düşürlər. İkinci səbəbi isə budur ki, onlar vəzifə ierarxiyasında geri düşürlər və bu itkləri geri qaytarmaq çətin olur. Sad əvətəndaşlar arasında da özləriən dayaq tapmaq üçün fəaliyyətlərini genişləndirən nurçuların bu sahədə fəaliyyəti və baxışlarını yayması Azərbaycan üçün ciddi təhdid sayılır. Qarabağ kimi problemin olması və bu işdə müharibə yolunun hər zaman alternativ kimi saxlanılması fonunda nurçuların baxışlarının nə qədər zərərli olması açıq formada özünü büruzə verir.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirdi ki, xristinalığın yəhova qurumu kimi nurçuluqda da eyni tendensiyalar mövcuddur: "Hətta belə bir ehtimallar var ki, nurçular bəlkə də başqa bir dinin kalka üsulu ilə surətini çıxarıb və bu prinsipləri tətbiq etməyə başlayıblar. Azərbaycan kimi ölkələrdə orduda xidmət aparan insanların üzərinə bu cür ideoloji basqılar etmək, onları dövlətə xidmətdən daşındırmaq və "sülh göyərçinləri" yetişdirməkdə məqsəd onları mötədillik deyil, həqiqi mənada itaətsizliyə və az qala fərariliyə kökləməkdir. Nəticə etibarı ilə həmin insanları kənar etiqatdan asılı edirlər. Əlbəttə ki, biz tolerantlıq prinsipini qabardıb deyə bilərdik ki, bu normaldır. Həqiqətdə Azərabaycanda bir kimsənin hansısa dinə tapınması üçün konkret qaydalar, inzibati əmr və göstəriş yoxdur. Ancaq nurçuluq fəaliyyətinin və onun imkanlarının genişləndirilməsi, bura azyaşlı uşaqların cəlb olunması uzaqgedən planlardan xəbər verir. Ona görə də hüquq-mühafizə orqanlarımız bu məsələyə həssaslıq ilə yanaşırlar. Azərbaycan ordusunun içərisində belə tələlər qurmaq mənəvi terrordur. Bu, səngərdə dayanan insanın üzərinə silah ilə hücum etməyin başqa bir formasıdır. Beyinlərə yönələn qəsdlərdir. Ona görə də təbii ki, həmin əməllərin qarşısı alınmalıdır".

Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovniki İlham İsmayıl hesab edir ki, nuçuluq hazırda Azərbaycan üçün təhlükə deyil: "Nurçuluğun baş planı şəriət qanunları ilə idarə edilən dövlət yaratmaqdır. Amma onların buna getdiyi yol sakit və uzun müddətlidir. Nurçuluq sadəcə, o zaman təhlükə ola bilər ki, illərlə nəzarətsiz buraxılsın və tədricən ölkənin bütün strukturlarına daxil olsun. Hüquq-mühafizə orqanları, ordu sistemi, elm və təhsil strukturlarına daxil olub və oradan müəyyən addımlar ataraq hakimiyyəti ələ ala bilərlər. Bu isə uzunmüddətli plandır. Azərbaycanda onun elementləri hələ təzəcə inkişaf tapmaqdadır. Ancaq kifayət qədər də tez qarşısı alınır. Nurçuluğa qarşı mübarizə aparılır. Ona görə də nurçuluq Azərbaycanda üçün indiki halda təhlükə deyil. Hətta nəzarətsiz getsə belə, baş planı o qədər uzun müddətə hesablanıb ki, onun həyata keçirilməsi üçün ən azı 20-30 il lazımdır. Ona qədər də dünyada və Azərbaycanda gedən proseslər tamam başqa istiqamət alacaq. Nələrin necə olacağını bilmək hələ çətindir".

Sizin Reklam Yeriniz