Əlaqə Arxiv
news Image
2012.06.27
13:04
| A A A
"NATO-nun münasibətindən məmnunuq"
Baş nazir Ərdoğan, NATO-da 28 NATO üzvünün Suriyanı qınadığını söyləyib və Rusiyaya cavab verib. Baş nazir Rəcəb Tayyib Ərdoğan "NATO-nun mövqeyindən məmnunuq. 28 NATO üzvü Suriyanın bu addımını qınayıb" deyib.

Mövqe.Az xəbər verir ki, Baş nazir Rəcəb Tayyib Ərdoğan, Azərbaycan qazını Türkiyə və Avropaya daşıyacaq Trans Anadolu Təbii qaz Boru Xətti Proyekti (TANAP) imza mərasimində mətbuat mənsublarının suallarını cavablandırıb. Rusiya xarici işlər naziri Sergey Lavrovun dediyi "Suriyanın hərəkəti bilərəkdən və təhrikedici hərəkət hesab edilməməlidir" sözlərini qiymətləndirən Ərdoğan "Mən hörmətli Lavrovun şərhinin nəyə söykənəndir bilmirəm. Dünən xarici işlər nazirimizlə etdikləri görüşdə söylədikləri daha fərqli idi. Bu fikirlərihər halda Suriya tərəfiylə apardığı müzakirələrdən sonra yayılıb, onların dili ilə bir az danışıb məncə. Bizim bu ana olan tədqiqatlarımız, əlimizdəki sənədlər onların çox da yaxşı niyyətlə davranmadığı mənzərəsini ortaya qoyurr" deyib.

Ərdoğan "NATO-nun qərarını necə qiymətləndirirsiniz?" sualına,"doğrusu NATO-nun mövqeyi məmnunuq. 28 NATO üzvü Suriyanının bu hərəkətini şiddətlə qınayıb və belə bir hücumun qəbul edilməz olduğunu vurğulayıblar. " cavabını verib.

Sizin Reklam Yeriniz