Əlaqə Arxiv
news Image
2014.05.15
18:39
| A A A
Kimlərə cinsini dəyişdirməyə icazə verilir? - Dini baxış

Tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin müzakirələrə səbəb olan "Kişi cinsini dəyişə bilər" fikrini başqa bir ilahiyyatçı şərh edib. Movqe.az ilahiyyatçı alim Hacı Fariz Xammədlinin bu mövzu ilə bağlı yazısını təqdim edir:


Cinsiyyət aşkar etmə üçün əməliyyatlar; kimlərə icazə verilir, kimlərə haramdır?


Son zamanlar mediada gündəmə gələn, yaxud kimlərsə tərəfindən gündəmə gətirilən məsələlərdən biri də cinsiyyət dəyişimi mövzusudur. Sosial şəbəkələrdə bu məsələ həddən artıq qabardıldı. Öncə bu haqda verilən sualları cavablandıran Cəfəri ruhaninin fikirləri təhrif edildi. Sonra sükutumuzdan cürətlənən vəhhabi tərəfdarları İmamiyyə məzhəbini hədəfə almağa başladılar. Uzun illərdir siyasi xarakterli bir cərəyan kimi tanınan vəhhabiçiliyə tapınanlar Əhlibeyt(ə) yolunun davamçılarına hər zaman böhtan yağdırmış, yersiz iradlar tutmuş və bu gün də onların adindan dezinformasiyalar uydurub yaymaqda davam edirlər. Məqsədimiz bu yazıda məsələyə aydınlıq gətirmək və Əhlibeyt (ə) çeşməsindən qaynaqlanan Cəfəri məzhəbinin bütün müstəhdisə məsələləri kimi bu məsələ haqqda da nə qədər dərin və təfəkkürə əsaslanan bilgiyə malik olduğunu kütləyə çatdırmaqdır.


Mövzu kifayət qədər aktual və mühüm olduğu üçün məsələyə bir qədər ətraflı yanaşmağı lazım bildik.


Dünyada kifayət qədər sayda insan bu problem ilə üzləşmiş və üzləşməkdə davam edir. Müsəlman ölkələrindən birində yaşayan bir həkim indiyə kimi 650 nəfəri əməliyyat elədiyini yazır. Əgər müsəlman ölkəsinin bir həkimi bu qədər sayda insanın üzərində cinsiyyət dəyişimi əməliyatı aparmışsa, o zaman sivilizasiyanı ictimai fəsadlarda görən ölkələrdə bu statistikanın uzun sıfırlı rəqəmləri əhatə etməsini təxmin etmək heç də çətin olmamalıdır. Çoxlu sayda insanın bu problemlə üzləşdiyini gördükdən sonra məsələnin nə dərəcədə əhəmiyyətli olduğu başa düşülür.


Məsələnin əhəmiyyətini artıran məsələlərdən biri də mövzunun hüquqi və fiqhi tərəfləridir. Ərəbistanda cinsiyyətin dəyişdirlməsinin haram elan edilməsinə baxmayaraq, bu ölkədə belə əməliyyatların sayı çox olduğundan, bununla bağlı xüsusi xəstəxana yaradılıb.


Müstəhdisə məsələ:


Cinsiyyət dəyişmək müstəhdisə (məsumların zamanında mövcud olmayan) məsələlər sırasına daxil olduğundan, qədim alimlərin fiqhi kitablarında bu məsələ ilə bağlı heç bir fətvaya rast gəlmək mümkün deyil. Düzdür, qədim fiqhi kitablarda cinsiyyət dəyişmə əməliyyatına yaxın olan Xonsa (iki cins daşıyıcıları) və təşbih (muxalif cinsə bənzətmə) məsələləri mövcuddur. Məsələn, fiqhi kitabların irs və nikah bəhslərində bu məsələlər geniş surətdə araşdırılıb.


İslam alimləri xonsa (iki cinsli) insanları iki hissəyə bölürlər, xonsa müşkülə və xonsa qeyri- müşkülə. Müşkülə xonsaların evlənməsi nikah bəhslərində qadağan edilir. Yaxud təşəbbüh (burda hətta müxalif cinsin paltarını geymək də daxildir) məsələsi İslamda haram sayılan və qədim fiqhi kitablarda rast gələ biləcəyimiz məsələlərdəndir.


Cinsiyyət dəyişmək haqda suallar hər zaman insanları düşündürüb.


Cinsiyyət dəyişməyin haram olduğunu qəbul etsək, maksimum görə biləcəyimiz iş bu problemlə üzləşən insanların harama mürtəkib və günahkar olduqlarına dair fətva verməkdir. Tutaq ki, bu, belədir. Məgər günahkarlara tövbə qapısı açıq deyilmi? Fərz edək ki, bir nəfər cinsini dəyişmiş günahkar bu işi etdikdən sonra günah olduğunu bilir və tövbə edir. Sonra başlayır özünə aid olan suallar verməyə. Vəhhabilər bu haqda edilən sualları cavablandıra bilmədikləri üçün bu məsələni kökündən inkar etməyə çalışırlar. O suallardan bir neçəsini burda qeyd edib vəhhabilərdən cavab gözləyirik:


Cinsiyyətini dəyişən adamların övladları üzərində vilayətləri varmı? Cinsiyyətini dəyişən ataların övladları üzərində atalıq hüquqları bərpa oluna bilərmi? Cinsiyyətini dəyişdirən insanların irsdən apardıqları pay onların indiki halıyla ölçülür, yoxsa keçmiş vəziyyətlərilə?


İslamın cəza hüquqlarına nəzər salaq:


İslam fiqhindən əgər bir kişi bir qadını öldürərsə və hökmü qisas olarsa, ölənin ailəsi qatili öldürməzdən öncə qan bahasının yarısını onun ailəsinə ödəməlidirlər. Əgər bir kişi bir qadını öldürdükdən sonra öz cinsiyyətini dəyişib özünü qadın etdirərsə o zaman qatil necə cəzalandırılmalıdır?


İslamın cəza hüquqlarına əsasən, müsəlmanlıqdan dönən bir kişi ölüm hökmünə islamdan dönən qadınsa əbədi həbsə məhkum edilməlidir. İslamdan döndükdən sonra cinsini dəyişdirən qadın və kişilərin üzərində hansı hökm tətbiq olunmalıdır? Bir kişi öz spermasını bank etdikdən sonra cinsiyyətini dəyişir və kişinin öz toxumu öz rəhminə yerləşdirilir və ondan bir uşaq dünyaya gəlirsə, bu adam uşağın həm atası, həm anası sayılırmı?


Onlarla belə fiqhi suallarla üzləşən islam alimlərinin hamısı vəhhabi olmadığı üçün soruşulan suallara cavab tapmağa çalışırlar. Vəhhabilər kimi sualdan qaçmaq üçün əsli məsələni inkar etmirlər!!!


Bu məsələnin tarixçəsi:


Dahi fəqih həzrəti imam Xomeyni cənabları Türkiyədə sürgündə olan zaman 1343 (şəmsi ili) ildə təhrirul vəsilə kitabını 2 cildə təlif elədi, ikinci cildin sonlarında cinsiyyət dəyişmək haqda olan bəzi məsələlərə toxundu. Həzrəti imam Xomeynidən öncə heç bir fəqih bu məsələyə toxunmamış və aydınlıq gətirməmişdi. İmam 1347-ci ildə təhrirul vəsiləni Nəcəfi Əşrəfdə çap etdirdikdən sonra 1364-ci ilə qədər yenədə heç bir fəqih bu haqda fikir bildirmədilər.


Bu haqda edilən ilk sual:


1364 cü il Şəmsi tarixində Firidun adlı bir nəfər ruhi və pisixoloji sarsıntıdan əziyyət çəkdiyini qeyd etdikdən sonra cənab imam Xomeyniyə cinsiyyət dəyişmək haqda sual ünvanlayır. Sual ünvanlayan şəxsin durumu və həzrəti imam Xomeyni cənablarının cavabı çox dərin məntiq və fiqhi incəliklərin daşıyıcısıdır.


İmam buyurur: "güvəniləsi (iman və elminə) təbibin icazəsi ilə bu əməliyatı həyata keçirmək şəri cəhətdən problemsizdir, inşallah ki, Allahın amanında olarsınız və açıqladığınız adamlar sizin hazırkı durumunuzu nəzərə alarlar".


Bu sual- cavabın məğzinə diqqət edilsə, insanları kataqoriyalara böləcəyimiz zaman həzrəti imam Xomeyni cənablarının fətvasının hansı kəslərə şamil ediləcəyi aydınlaşır. Diqqət etmək lazımdır ki, həzrəti imam Xomeyni cənabları ağ balığın hökmü haqda danışarkən də onun pullu yoxsa, pulsuz balıqlar sinfinə daxil edilməsini dəqiqləşdirmək üçün bu sahənin mütəxəssisləri ilə məsləhətləşib.


Bu haqda yazılan məqalələr:


1364- cü ildən sonra bu mövzu haqda çoxlu fiqhi və hüquqi məqalələr yazılmağa başladı. Demək olar ki, islam fiqhinin bu sahəsində bir elmi- inqilab baş verdi. Həzrəti ayətullah Xərrazi, Muhəmməd Baqir Sədr, Meşkini, Muhəmməd Asif Muhsini, Becnurdi və Duzduzani kimi böyük fəqihlərimiz bu məsələnin fiqhi, hüquqi və tibbi tərəflərini araşdıranlardandırlar. Eləcədə bu mövzu haqda böyük mərcələrimizdən 250-dən çox fətvalar verilib.


Şiə və başqa məzhəb alimləri arasında müqayisə də az maraq doğurmur. Bu mövzu müqayisəli şəkildə araşdırılarsa, Əhli-beyt(ə) alimlərinin nə qədər dərin fiqhi incəliklərə sahib olduğu üzə çıxacaqdır. Məsələn, əhli -sünnə alimləri bütün müstəhdisə məsələlər haqda fətvalarına baxmayaraq, bu məsələ barəsində iki məqalə və bir neçə fətvayla kifayətlənmişlər. Məsələn, Ərəbistanda çap olan FİQH-ən-NƏVAZİR kitabında bu mövzu haqda iki fətva yazılıb və mövzu çox sadə şəkildə bağlanılıb. Bu məsələnin ictimai, ailəvi təsirləri haqda ətraflı bəhs edilmir. Əhli- sünnə qaynaqları İSTİNSAX və TƏŞBİH haqda 20 dən çox kitaba sahib olmasına baxmayaraq, bu məsələ haqda susmağa üstünlük veriblər.


Cinsiyyət dəyişdirməyə icazə verilirmi?


Cinsiyyət dəyişdirmək haqda külli formada tam bir cavab vermək (mənfi və müsbət) mümkün deyildir. Çünki bu məsələnin müxtəlif forma və şaxələri mövcuddur və hər katiqoriyanın da özünə uyğun və digərindən fərqli cavabı vardır. Deməli, bu məsələyə tam aydınlıq gətirmək üçün ilk öncə məsələnin bütün qismlərini aydınlaşdırmaq lazımdır.


Cinsiyyət kateqoriyaları hansılardır?


1) Birinci qrup o kəslərə şamil olur ki, onlar bütün (cismi və ruhi) cəhətdən sağlamdırlar. Yəni heç bir xəstəlik daşıyıcısı deyillər. Bu katiqoriyadan olan insanları cinsiyyət dəyişdirmək istəmələri vahi hisslər və heyvani xüsusiyyətlər ucbatından ola bilər. Təbi ki, Hippokrat andı içən və öz peşəsinə vicdan və əqidə ilə yanaşan heç bir təbib belə insanların üzərində cinsiyyət dəyişimi etməz. Əgər həzrəti imam Xomeyni cənablarının yuxarıda Firidun adlı şəxsə ünvanladığı cavaba diqqət edilərsə, bu katiqoriyaya daxil olan insanların cinsiyyət dəyişməsinin haram olması aşkar şəkildə müşahidə ediləcəkdir.


2) İkinci qrup gizlin cinsiyət daşıyıcılarıdır. Məsələn, bir şəxs zahirdə qadındır, amma həqiqətdə kişidir və qarın çalasında kişilik alətinin daşıyıcısıdır. Adətən təbiblər belə insanlara cinsiyyət dəyişimi etmək icazəsi verirlər. Əslində bu əməliyyata cinsiyyət dəyişimi demək düz deyil. Belə əməliyyatlar, insanın həqiqi cinsiyyətini aşkara çıxartmaq kimi qələmə verilməlidir.


3) Üçüncü qrup xonsa (transseksual) başqa sözlə ifadə etsək, iki cinsin daşıyıcıları daxil edilir. Xonsalar həm qadın, həm də kişi tənasül orqanlarına şamil olanlardır. Adətən belə insanların üzərində əməliyyat edilib, kişilik orqanları götürüldükdən sonra bu şəxslər qadın cinsiyyətində həyat sürürlər. Fəqihlər də belə insanların əməliyyat olunmasına aşkar şəkildə icazə verirlər.


4) Dördünci qrup o kəslərə aiddir ki, onlar ruhi cəhətdən özlərini müxalif cinsdən bilirlər. Düzdür, bu insanların zahiri cəhətdən heç bir problemləri yoxdur, amma ruhi cəhətdən böyüksarsıntı içərisindədirlər. Yəni zahirdə kişi formasındadır, amma ruhən qadın ruhunun və istəklərinin daşıyıcısıdırlar. Yəni bu insanların zahiri və batini qarışıqdır, cism və ruhları bir- biri ilə uzlaşmır. Belə insanlar cinsiyyətlərini dəyişmək üçün (yəni cism və ruhlarını uzlaşdırmaq üçün) elm və təqvasına güvəniləcək həkimlərə müraciət etməlidir. Həkimin vəzifəsi belə şəxsləri zahiri əməliyyat etməzdən öncə psixoloji müalicə etməkdir. Yəni həkim çalışmalıdır ki, zahirdə kişi sayılan və qadın hissləri və ruhunu daşıyan insanların ruh və hissiyatını zahirinə uyğun formalaşdırsın. Müalicələrin təsirsiz qaldığıtəqdirdə belə şəxslərin həyatlarının intihar və ictimai fəsadla nəticələnməməsi üçün cinsiyyət dəyişiminə icazəli olmaları mümkün sayıla bilər.(Bu insanları üzdəniraqlarla(trans) səhv salmamaq lazımdır, onlar kişi olduqarı halda özlərini qəsdən o xəstəliyə mübtəla etmişlər).Bu şəxslər anadan-gəlmə hormonları qarışmış xonsalardır (gizli hemofrodit).


Əhlibeyt (ə) məktəbinin dahiləri böyük fəqihlərimiz, o cümlədən, həzrəti ayətullahul uzma seyid Əli Xameneyi, ayətullahul-uzma Sistani və başqaları, ruh və gözləri uzlaşmayan və mahiyyətcə fərqlilik yaşayan şəxslərin cinsiyyət dəyişiməsinə icazə verirlər. Bu mövzu haqda dərin araşdırma aparılan zaman məsihilərin bu haqda yazdığı fikirlərlə sələfilərin fikirlərinin üs üstə düşdüyü müşahidə olunur. Siyasi vəhhabi hərəkatının verdiyi iki fətvasına, İslam qaynaqlarından heç bir mənbə göstərilmir. Sadəcə Qurani -Kərimin Nisa surəsinin 119-cu ayəsində (onlara əmr edirəm ki, Allahın xilqətində dəyşiklik etsinlər) Allah taalanın (şeytanın dilindən ) buyurduğu bu ayəni sitad gətirirlər. Amma bu ayənin nazil olma səbəbləri araşdırılarkən bunun insanlar deyil, heyvanlar haqda nazil olduğu ortaya çıxır.


Tarixçilər yazırlar ki, ərəblərdə İslamdan əvvəl xoşagəlməz adətlər çox olub. Bu adətlərdən biri də dəvə 5 bala verdikdən sonra ona əzab-əziyyət verilməsi, başına faciəli oyunlar gətirilməsi idi. Məhz bu cür insanlıqdan kənar adətin aradan qaldırılması üçün Allah təbarək və taala bu ayəni nazil etdi.

Sizin Reklam Yeriniz