40 nəfər əlill istirahətə göndərdi
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin müvafiq əmri ilə təsdiqlənmiş "2014-ci ildə
əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi
və reabilitasiyası Proqramı"na uyğun olaraq, nazirlik tərəfindən
daha 40 nəfər əlilliyi olan şəxs Lənkəran rayonunda yerləşən
istirahət mərkəzinə yola salınıb.
Movqe.az-ın Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə
istinadən verdiyi məlumata görə, bununla son bir həftədə artıq 80
nəfər əlilliyi olan şəxs istirahət mərkəzinə
göndərilib. İstirahət mərkəzlərində
əlilliyi olan şəxslər üçün xüsusi proqram çərçivəsində idman
yarışları və viktorinalar, musiqili-əyləncəli tədbirlər təşkil
olunur, onlar balıq ovunda, ətraf rayonlarda gəzintilərə aparılır,
tibbi və fizioterapevtik proseduralarla təmin edilirlər. Cari il
ərzində 1062 nəfər əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz
rayonlarında mənalı istirahətinin təşkili nəzərdə
tutulur. Bakı, Sumqayıt şəhərlərində
və Abşeron rayonunda yaşayan əlilliyi olan şəxslərin istirahət
mərkəzlərinə aparılıb - gətirilməsi xüsusi nəqliyyat vasitəsi ilə
təmin olunur.