Əlaqə Arxiv
news Image
2014.05.27
10:58
| A A A
Bu günə olan hava proqnozu

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.


Temperatur gecə 16-20°, gündüz 26-31° isti, Bakıda gecə 18-20°, gündüz 28-30° isti olacaq.


Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz təşkil edəcək.


Naxçıvan Muxtar Respublikasında, əsasən, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.


Temperatur gecə 13-18°, gündüz 28-33° isti olacaq.


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.


Temperatur gecə 7-12°, gündüz 19-21° isti olacaq.


Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.


Temperatur gecə 16-21°, gündüz 26-31° isti olacaq.


Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.


Temperatur gecə 12-17°, gündüz 25-30° isti olacaq.


Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.


Temperatur gecə 16-21°, gündüz 28-33° isti olacaq.


Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.


Temperaturun gecə 18-20°, gündüz 27-32° isti, dağlarda gecə 13-16° isti, gündüz 22-27° isti olacağı gözlənilir.


Tibbi-meteoroloji proqnoz


Yaxın iki gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Sizin Reklam Yeriniz