Əlaqə Arxiv
news Image
2012.07.03
09:00
| A A A
Ermənistan təcavüzkarlıq siyasətindən əl çəkməyə vadar edilməlidir
“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi heç zaman tərəf ola bilməz”

Dağlıq Qarabağ probleminin nizamlanması istiqamətində aparılan danışıqlarda separatçı rejim tərəf ola bilməz. Amma Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirərək buna nail olmağa çalışır və təbii ki, Azərbaycan tərəfi də heç vaxt bununla razılaşmayacaq. Bu fikirləri Azərbaycanın ATƏT Parlament Assambleyasında (PA) nümayəndə heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimovun bildirdiyinə görə, Ermənistanın nümayəndələri bu mövqeni ATƏT PA-nın tədbirlərində də səsləndirirlər. Komitə sədri onu da deyib ki, işğalçı tərəfin bu iddiaları qəbuledilməzdir:

"Bu münaqişədən neçə illərdən bəri haqsız olaraq əziyyət çəkən tərəfin nümayəndələri kimi biz hər zaman ermənilərin cəfəng iddialarına qarşı çıxmış, öz mövqeyimizi tam əsaslandırılmış şəkildə ortaya qoymuşuq və bundan sonra da öz haqlı mövqeyimizdə israr edəcəyik. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi heç zaman tərəf ola bilməz. Ona görə də, indi bütün beynəlxalq səylər Ermənistanı öz təcavüzkarlıq siyasətindən tam əl çəkməyə və konstruktiv mövqe nümayiş etdirməyə yönəlməlidir. Bir sözlə, münaqişənin ədalətli həlli üçün Ermənistana daha təsirli təzyiqlər göstərilməlidir".

Sizin Reklam Yeriniz