Əlaqə Arxiv
news Image
2014.06.20
15:53
| A A A
Nazirlik telejurnalistin müalicəsini nəzarətə götürdü

Səhiyyə Nazirliyi ötən gün maşın vuran tanınmış telejurnalist Ağanisə Sultanovanın müayinə və müalicəsini nəzarətə götürüb.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova APA-ya açıqlamasında deyib ki, qəza nəticəsində ağır bədən xəsarətləri alan 1970-ci il təvəllüdlü, Sabirabad rayon sakini Sultanova Ağanisə Əliqara qızı dünən saat 13:30-da Akademik M. Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına daxil olub: "Jurnalist hadisə nəticəsində kəllə-beyin travması alıb. Hazırda vəziyyəti orta ağırlıqdadır və reanimasiyadır. Bütün tibbi müdaxilələr olunur. Səhiyyə Nazirliyi jurnalistin müayinə və müalicəsini nəzarəti altına götürüb".

 

Qeyd edək ki, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Ağanisə Sultanova ötən gün yolu keçərkən sürücüsü məlum olmayan "VAZ- 2106" markalı avtomobil tərəfindən vurulub. Qəzanı törədən sürücü hadisə yerindən qaçıb.

Sizin Reklam Yeriniz