Bakı şəhərində hələ də qoluna qırmızı lent bağlayıb, əlində qırmızı çubuq tutan insanlara rast gəlinir. Yəqin ki, söhbətin kimdən getdiyi hər kəsə məlumdur. El arasında onlara "stoyanşik" deyirlər. Hələ sovet dövründə də onlar iş başında olurdular. Şəhərin gur yerlərində avtomobillərin saxlanılmasıüçün nəzərdə tutulan yerlərdə mühafizəçi kimi fəaliyyət göstərirdilər. Buna görə onlara "hörmət"də olunurdu. Amma bugünkü "stoyanşik"lərin fəaliyyət sferaları kifayət qədər genişdir. Ehtiyac oldu-olmadı, xahiş edildi-edilmədi istənilən yerdə onlara rast gəlmək mümkündü. Aralarındaazyaşlılar da var. Soruşanda cavab verirlər ki, məktəbə getmirlər və ailələrinisaxlamaq üçün işləmək zorundadılar.
Sürücülər də bildirirlərki, "stoyanşiklər" onları bezdirib. Bəziləri 20 qəpiyə razı olmurlar. Daha çox pul istəyirlər. 50 qəpik, 1 manat tələb edənlər də var. Sürücülər əlavə edirlər ki, pulu verməyəndə avtomobillərin sağ-salamat qalacağına güman etmirlər. Avtomobilin bir yeri cızılsa, deşilsə bu sürücüyə daha baha başa gələr. Ona görə də məcbur olub "stoyanşiklər"ə istədiklərini verirlər. Düzdür, onların arasında üzü yola olanları da var. Elələri var ki, 20 qəpikdən ötrü sürücüyə bir çox köməklik göstərirlər. Onlar üçün boş yer saxlayırlar. Avtomobilini çıxardandaarxadan başqa maşının olub-olmamasınanəzarət edir, yol göstərir və s. Bəziləri hətta haqqını alaraq avtomobillər üzərində təmizlik işləri də aparırlar.
Amma burada söhbət həm də ondan gedir ki, "stoyanşiklər"in fəaliyyətiqanunidirmi? Onlara kim, hansı qurum nəzarət edir? Nəqliyyat Nazirliyinin mətbuat xidmətininrəhbəri Namiq Həsənov bir müddət öncə məsələ ilə bağlı mətbuata açıqlamasında bildirib ki, dayanacaqlar "Bakısərnişinnəqliyyat" Departamenti ilə müqavilə bağlamalıdır və xidmətlərinin müqabilində aldıqları pula görə çek verməlidilər.
Daxili İşlər Nazirliyininmətbuat xidmətinin rəis müavini Ehsan Zahidovda deyib ki, sürücülər yol kənarında qollarına qırmızı bağlayanlaronlardan pul istədiklərihalda dərhal "102" xidmətinə müraciət etsinlər.
Apardığımız müşahidələr göstərir ki, rəsmi qurumların açıqlamaları hələ fayda verməyib. "Stoyanşiklər" köhnə fəaliyyətlərini davam etdirirlər.
Bələdiyyə üzrə ekspert İlqar Hüseynlinin sözlərinə görə, bir çox ölkələrdə dayanacaqlara bələdiyyələr nəzarət edir və avtomobillərbuna görə bələdiyyəyərüsum ödəyirlər: "Amma Azərbaycandabu məsələ qanunla tənzimlənmir. Kimlərsə müəyyən adamları başına yığıb onların hərəsini bir küçəyə qoyur ki, işləsinlər. Hər axşam "qlavar"ın haqqı verilir. Həmin "qlavar" hansısa dövlət qurumunun işçisi ola da bilər, olmaya da. Azərbaycanda bu məsələyə nəzarət olunmur və tam qanunsuz fəaliyyət göstərirlər".
İ.Hüseynli hesab edir ki, dayanacaqlar ya tam olaraq bələdiyyələrin nəzarətinəverilməli, ya da səlahiyyətNəqliyyat Nazirliyinin "Sərnişinnəqliyyat" Departamentinə verilməlidir".
İ.Hüseynli əlavə etdi ki, ümumiyyətlə dayanacaqlara nəzarət olunmalıdır: "Bütün dünyada dayanacaqlara nəzarət olunur. Nəzarətə görə də sürücü vəsait ödəyir. Məsələn, Türkiyədə dayanacaqdanistifadəyə görə vəsaitlər insanların əlinə verilmir, xüsusi kassalara verilir və sürücüyə kart təqdim olunur. Sürücü avtomobilini dayanacaqdançıxaranda kartını kassaya təhvil verir. Azərbaycandada belə bir sistemin yaradılmasına ehtiyac var".
R.XƏLİLOV