Əlaqə Arxiv
news Image
2014.08.13
09:05
| A A A
Ermənistan prezidenti yenə özünü gülünc vəziyyətə saldı
Üzeyir Cəfərov: “Bədbəxt fikirləşmir ki, onların raketi Bakıya çatana qədər Naxçıvandakı raketlər İrəvanı yerlə-yeksan edər”

Məlumdur ki, Soçi görüşündən sonra işğalçı ölkənin prezidenti Serj Sarkisyan bir sıra diqqət çəkən açıqlamalar verib. Sarkisyan bu dəfə cinayətkar olduqları ilə yanaşı, hərbi savadsızlığını da ortaya qoydu. "Armnews" kanalına verdiyi müsahibəsində "bizim təsir dairəsi 300 kilometr olan ballistik raketlərimiz var, onlar Azərbaycanın istənilən çiçəklənən şəhərini xarabalığa çevirə bilər" fikirlərini səsləndirib. Ancaq görünür ki, erməni rəhbəri bu fikirləri deyərkən, Azərbaycanın arsenalını bir kənara qoyaq, İrəvandakı atom elektrik stansiyasını unudub. Sarkisyanın hədəsinin isə sərsəm çıxış olması dərhal Azərbayan Müdafiə Nazirliyinin cavabında göründü: "Serj Sarkisyanın verdiyi müsahibəsində Azərbaycan dövlətinin və xalqımızın ünvanına səsləndirdiyi hədə-qorxu dolu fikirlər heç bir təsir qüvvəsinə malik deyil və onun özünün də inanmadığı, erməni xalqının sevdiyi nağıldır, fərziyyədir. Qətiyyətlə bəyan edirik ki, Ermənistan silahlı qüvvələrinin sərəncamında olan bu hərbi texnika Azərbaycanın malik olduğu ən müasir silah və texnika ilə heç cür müqayisə edilməzdir. Ermənistan ordusunun təchizatında olan keçmiş sovet dövründən qalma, nasaz, vaxtı keçmiş və köhnəlmiş silah-sursat, o cümlədən, maye yanacaq mühərrikli "Skad" tipli raketlər nəinki hər hansı bir obyekti məhv etməyə, heç havaya qalxmaq belə imkanına malik deyildir. Əgər bu prosesdə Ermənistan Azərbaycana qarşı hərbi əməliyyatlara əl atarsa, ən yeni, müasir və yüksək dəqiqliyə malik silahlarla təchiz olunmuş Azərbaycan Ordusu Ermənistan ərazisindəki istənilən hərbi infrastrukturu və strateji obyektləri darmadağın edəcək".

Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov də bu cür çıxışına görə Sarkisyanı savadsızlıqda günahlandırır: "Ermənistan prezident nə qədər çox danışırsa, bir o qədər özünü gülünc vəziyyətə qoyur. Bu adam yəqin ki, Moskvada havadarından aldığı siqnalın eyforiyasından çıxmayıb ki, axmaq, heç bir məntiqə sığımayan bəyanat səsləndirir. Əvvəla, Bakı atılmış kənd deyil ki, müdafiəsiz qalsın. Əgər Sarkisyanın bir qədər ağlı varsa, gözəl bilir ki, Bakı hətta 1941-9145-ci illərdə ən yüksək səviyyədə mühafizə və müdafiə olunurdu. Sarkisyanın heç yuxusuna da belə girmədiyi Bakıda Hava Hücumundan Müdafiə Hərbi Dairəsi var idi. Bu gün isə artıq 21-ci əsrdir. Azərbaycanın bu qədər imkanları var, Azərbaycan kifayət qədər hava hücumundan müdafiə sistemləri alıb. Bu adam nə qədər savadsız təfəkkürə malik olmalıdır ki, Bakını viran edəcəkləri barədə fikirləşsin. Bakı sutkann 24 saatı mühafizə olunur. Bəlkə də İrəvan mühafizə olunmur. Onun ağlı İrəvana gedib. Digər tərəfdən isə Sarkisyan bir daha cinayətkar kimi etiraf etdi ki, Ağdam onların əlinə keçəndən sonra viran ediblər. Hətta fərz etsək ki, Ağdam döyüşlər nəticəsində ermənin əlinə keçib. Onlar Ağdamı Azərbaycan torpağı kimi saxlamalı idilər. Dünyaya da nümunə göstərə bilərdilər ki, bu torpaqlar Azərbaycanın olub, amma biz onu saxlamışıq. Onun sərsəm bəyanatları bundan sonra daha çox olacaq.

Yaxşısı budur ki, onun sərsəm çıxışına diqqət yetirilməməydi. Ancaq artıq Müdafiə Nazirliyi onun cavabını verib. Soçi görüşünü onlar çoxdan gözləyirdilər. Hətta bir yerdə planlaşdırmışdılar. Heç bir nəticə hasil olmadı. Hətta Putin bir ifadə işlətdi ki, bundan sonra da Dağlıq Dağlıq məsələsi üzərində işləyəcəyik. Bunlar qeyri-səmimi açıqlamadır. Azərbaycan bundan sonra addımlarını çox dəqiq etməlidir ki, biz düşmənə bu işğalçılıq siyasətini uzunmüddətli davam etdirməyə şans yaratmayaq".

Ekspert bildidi ki, Ermənistanın elə bir raket sistemi yoxdur: "Sarkisyan Rusiyanın 102-ci bazasındakı raketə işarə edir. Çünki, Rusiyanın 102-ci bazasında Ermənistanın arsenalında olmayan raket sistemləri var. Amma bədbəxt fikirləşmir ki, onların raketi Bakıya çatana qədər Naxçıvandakı raketlər İrəvanı yerlə-yeksan edər. Baxmayaraq ki, erəminlərin ali baş komandanıdır, amma bu qədər cahil hərbi biliyə malikdir. O raket qalxan anda dərhal vurulacaq. Bunun üçün əvvəlcə ölkənin hava hücumundan müdafiə sistemləri sıradan çıxarılır, ondan sonra şəhər bombalanır. Ancaq indiki halda raket Bakıya gələnə qədər onu havada 4 dəfə məhv etmək imkanımız var".

Sizin Reklam Yeriniz